19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mustafa Dənizli: "Qarşıdakı iki-üç gün ərzində Azərbaycanda olacağam" EKSKLÜZİV

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi olacaq Mustafa Dənizli Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- "Xəzər Lənkəran"ın yeni baş məşqçisi olacağınız gözlənilir. İlk öncə bu haqda fikirlərinizi bilmək istərdik.

- Bəli, "Xəzər Lənkəran"dan təklif almışam. Hazırda danışıqlarımız gedir. 3-4 gün əvvəl mənimlə təmas qurdular. İndi də müzakirələr aparılır. Xeyirlisi nəysə o olsun.

- Bizdə olan məlumata görə, artıq razılığa gəlmisiniz...

- Dediyim kimi, danışıqlar gedir. Qarşıdakı günlərdə Azərbaycana gələcəyəm.

- Səfəriniz nə vaxta planlaşdırılır?

- Bir azdan "Xəzər Lənkəran"ın nümayəndələri ilə yenidən görüşəcəyik. Həmin görüşdə nə zaman ölkənizə gələcəyim bəlli olacaq. Yəqin ki, 2 gün ərzində Azərbaycana səfər edəcəyəm.

- "Xəzər Lənkəran" haqda hansı məlumatlarınız var?

- Komanda haqda informasiyam var. Son oyuna baxmışam ("Bakı" ilə oyunu nəzərdə tutur-red.) Bilirəm ki, komandanın durumu heç də yaxşı deyil.

- Həqiqətən də "Xəzər Lənkəran"ın hazırda tutduğu mövqe adına layiq deyil. Sizcə, komandanı bu çətin vəziyyətdən çıxara biləcəksiniz?

- İndidən bu haqda danışmaq istəmirəm.

- Sizdən əvvəl komandanı kimin çalışdırdığını da bilirsiniz?

- Hə, Con Toşak komandanı çalışdırırdı. Amma deyəsən, işləri yaxşı getməyib.

- Komanda üzvlərindən kimisə tanıyırsınız?

- 1-2 futbolçunu tanıyıram. Etame Mbillanın adını çəkə bilərəm. Hansı ki əvvəl "Adanaspor"da forma geyib.

- Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?

- Məlumatlarım ümumidir. Məsələn, millinin oyunlarından əvvəl müzakirələrimiz olurdu. Bundan başqa Azərbaycanda olan dostlarım var. Onlarla da arada əlaqə saxlayırıq.

- Bir neçə gün əvvəl adınız "Qalatasaray"la da yanaşı hallanırdı. İstanbul klubunun meneceri olacağınız deyilirdi...

- Yaxşı olar ki, o haqda ümumiyyətlə danışmayaq (gülür).

 Elman MƏHƏRRƏMOV

P.S. Mustafa Dənizli ilə əlaqə qurmağımızda bizə yardımçı olan "Qarabağ" və "Neftçi"nin keçmiş məşqçisi Mehmet Aka dərin təşəkkürümüzü bildiririk.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30