18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qəbələ": Premyer Liqada 50-ci ev qələbəsi

Azərbaycan Premyer Liqasının XIV turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ölkə çempionatlarının güclülər dəstəsində 50-ci qələbəsini qazanıb. Futbolxeber.az-ın klubun rəsmi sayutına istinadən verdiyi məlumata görə, 2006/07 mövsümündən yüksək liqada çıxış edən “qırmızı-qaralar” yubiley qələbəsinə 109-cu matçda nail olub. Öz meydanında 25 heç-heçə və 34 məğlubiyyəti də olan qəbələlilər çempionatdakı ev matçlarında 130-cu qolu da vurub. Bu topun müəllifi Leonardo da Silva olub. Bu 109 matçda qonaqlar 94 dəfə fərqlənib.

“Qəbələ” çempionatda ilk ev qələbəsini 2006-cı il noyabrın 27-də qazanıb. Həmin vaxt “Gilan” adlanan komanda “Gənclərbirliyi”ni məğlub edib - 2:0. 2010-cu il oktyabrın 16-da qeydə alınan “Muğan” üzərində eyni hesablı qələbə isə 25-ci olub.

Ümumilikdə isə bütün yarışlarda üst-üstə 281 oyun keçirən “Qəbələ” 120-ci dəfə meydanı qalib kimi tərk edib. Bunların 83-ü Premyer Liqa, 22-si I dəstə, 15-i ölkə kubokuna təsadüf edib.

Bundan başqa, “qırmızı-qaralar”ın bir sıra uğurlu seriyaları diqqət çəkir. Ardıcıl 5 oyundur öz meydanındakı qarşılaşmaları qol vurmadan tərk etməyən Yuri Syominin yetirmələri son 2 görüşdə qonaqları  “quru” hesabla məğlub edib. Komandanın polşalı qapıçısı David Pietrzkeviç isə son 2 matçda qol buraxmamaqla “Qəbələ”dəki 2-ci “quru” matçını keçirib.

Qələbə qolunun müəllifi Leonardo da Silva mövsümdə 5-ci dəfə fərqlənib. Bununla da o, komandanın 2013/14 mövsümündə ən məhsuldar futbolçusu olub. Braziliyalı legioner 4 qol vuran Daniyel Subotiçi arxada qoymağı bacarıb. Klubda ilk mövsümünü keçirən Leonardo “Qəbələ” karyerasında 5 və daha çox qol vuran 24-cü futbolçudur. Bütün qollarını Premyer Liqada vuran legioner çempionatda ən azı bu qədər qol sevinci yaşayan 16-cı oyunçudur.

Qeyd edək ki, AZAL-la qarşılaşma Luis Hilarionun Premyer Liqada 75-ci oyunu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30