19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Hafiz Məmmədov: "Biz bu ölkəyə futbol fəlsəfəsini mənimsəməyə gəlmişik"

Fransada işgüzar səfərdə olan "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Lansda təlim-məşq toplantısı keçirən gənc futbolçularla bir araya gəlib. Futbolxeber.az-ın "Bakı"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub prezidenti  U-15 komandasının üzvləri ilə görüşərək, onlara qiymətli hədiyyələr təqdim edib.

Fransa 2-ci liqasının "Lans" - "Şatoru" (2-0) oyununu fəxri tribunada izləyən Hafiz Məmmədov oyun başa çatdıqdan sonra 2 həftə ərzində bu şəhərdə təlim-məşq topnatısı keçən gənc futbolçularla görüş keçirib. "Lans" klubunun təlim-məşq bazasında baş tutan toplantıya qatılan Hafiz Məmmədov 15 yaşlı oyunçuların səfər barədə fikirlərini soruşub. Eşitdiklərindən məmnun qalan prezident bu günlər ərzində futbolçularla hazırlıq keçən fransalı məşqçi Herve Arsenə təşəkkürünü bildirib: "Biz bu ölkəyə futbol fəlsəfəsini mənimsəməyə gəlmişik. Artıq iki komandamız "Lans"ın bazasında təlim-məşq toplantısı keçib. Bunun ardı gələcək. Biz tək klubumuz deyil, həm də Azərbaycan milli komandası üçün layiqli, rəqabətədavamlı futbolçular yetişdirməliyik. Bu baxımdan "Lans"la əməkdaşlıq əvəzsizdir. "Lans" klubunun rəhbərliyinə, məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, bu uşaqların içindən səviyyəli futbolçular yetişəcək və onlar ölkəmizi dünya meydanlarında layiqincə təmsil edəcəklər.

Biz bu yolun başlanğıcındayıq. İrəlidə görüləcək çox işlər var. İlk addımların uğurlu alınması məni çox sevindirir. Hər birinizə gələcək fəaliyyətinzdə uğurlar arzulayıram".

Bunun ardından toplantı iştirakçıları "Bakı"nın üzvləri Fransa səfərləri ərzində keçdiyi haqırlıq prosesini əks etdirən filmə baxıblar. Hafiz Məmmədov və "Lans" klubunun idman direktoru Joslen Blanşar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Sonda onu da qeyd edək ki, Lansda iki həftəlik təlim-məşq toplantısını başa vuran U-15 komandasının üzvləri bu gün Bakıya qayıdacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30