20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Simurq"un futbolçusunun atası AFFA-nın əməllərinin üstünü açdı

Dünən Futbolxeber.az saytının redaksiyası ilə əlaqə saxlayan zaqatalalı azarkeş, oğlu "Simurq"un U-11 komandasında forma geyən Qabil Xurşudov AFFA-nın əməllərinin üstünü açıb. Q.Xurşudov U-11 liqasının Şimal-Qərb Regionu üzrə oyunlarının keçirildiyi Qəbələdə özbaşnalığın baş alıb getdiyini bildirib: "İlk öncə təşkilatçılıqdan danışım. Bu turnirin təşkilatçılığı AFFA-nın üzərindədir. Komandaların nəqliyyat, qidalanmalarını onlar təşkil edirlər. Amma çox pis halda. Əvvəla bütün yaş qrupu üzrə komandalar üçün cəmi 1 avtobus ayrılır. Avtobusda basabas olur, uşaqlar məcbur olub bir-birinin qucağında otururlar. Halbuki hər komanda üçün ayrıca nəqliyyat vasitəsi ayrılmalıdır. Lakin bunlar bir neçə yaş qrupunu birləşdirib, bir avtobusda göndərirlər. Oyunlar Qəbələ şəhər Hacallı kənd stadionunda keçirilir. Arenanın arxasında isə yeməkxana yerləşir. Orada da komandalar qidalanırlar. Amma sizi inandırım uşaqlara çox bərbad yemək verilir. Bəlkə də bir qədər uğursuz müqayisə alınacaq, amma heç həbsxanadakı cinayətkarlara belə yemək verilmir. Sonuncu dəfə şorba verilirdi. Amma onu 3-4 uşaqdan başqa heç kim yemədi. Uşaqlar məcbur olub boş çörəklə turşu yedilər. Bir sözlə, 11 yaşlı uşaqları ac saxlayırlar. Gəlib, həmin yemeyi özləri yesinlər görüm necə yeyirlər? Mən bunları havadan danışmıram. Oğlum "Simurq"un U-11 komandasının üzvü olduğundan hər dəfə komanda ilə birgə səfərə çıxıram. Bu cür vəziyyəti görəndə isə adamın lap ürəyi ağrıyır. Adamın üstündə Allah var, insafla danışmaq lazımdı. Ötən il vəziyyət tam fərqli idi. Hər şey yaxşı idi. Amma hazırda özbaşnalıq baş alıb gedir. AFFA tərəfindən bu işlərə İsgəndər Cavadov baxır. Mən uşaq vaxtından İsgəndər Cavadovun azarkeşi olmuşam. Oyunun oyununa baxıb, futbolu sevmişəm. Amma indi İsgəndər bəy futbolda qazandığı hörməti belə hərəkətlərlə itirir. O, bir dəfə də olsun gəlib, yarışa baş çəkmir ki, bu özbaşnalığa şahid olsun".

Qabil Xurşudov U-11 liqasındakı digər problemdən də söz açıb: "Digər problem isə "lipa" ilə bağlıdır. Dildə hamı deyir ki, Azərbaycan futbolunun inkişafını istəyirik. Amma əməldə bunu görmürük. Futbolumuzu inkişaf etdirmək üçün "lipa"lara qarşı mübarizə aparmalıyıq. Konkret danışacağam. Bizim regionda mübarizə aparan Qax komandasının heyətində "lipa"lar var. Özü də ən əsas mövqelərdə. Qapıçı, mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu. Bilmirəm, AFFA onların sənədlərini yoxlayıb, yoxsa yox. Amma oyunlardan qabaq burda gülməli vəziyyət yaranır. AFFA nümayəndələri futbolçuları düzür sıraya və doğum tarixlərini soruşur. Təbi ki, həmin uşaqları əvvəldən öyrədirlər, onlar da deyir ki, filan gündə. Halbuki AFFA nümayəndəsi məsələn, 9-cu ayın 9-undanam deyən futbolçudan 9-cu ay hansıdır soruşsa, bəlkə də çaşıb, oktyabr deyəcək. Qax komandasının heyətində "lipa" olduğuna əminəm. Özü də onlar biclik işlədirlər. "Lipa"lardan ancaq güclülərlə oyunda - "Simurq", "Qəbələ" ilə matçlarda istifadə edirlər. Nisbətən zəif komandalarla oynayanda isə "lipa"lara ehtiyac olmur. Çünki bilirlər ki, öz gücləri ilə uda biləcəklər. Bir daha deyirəm ki, mən dediklərimdə əminəm. Qoy, AFFA komissiya göndərsin və onlar həmin uşaqları yoxlasınlar. Görək, kim haqlı çıxır. Ölkə rəhbərliyi futbolumuzun inkişafı üçün əlindən gələni edir. Amma bəziləri bu cür çirkin əməllərlə inkişafın qarşısını alırlar".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30