23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Neftçi", məzən olsun...(YAZI)

"İnter" - "Neftçi" oyunundan sonra dava düşüb. Paltardəyişmə otağına gedəndə futbolçular arasında "razborka" yaranıb, "İnter"in "oxrana"ları söhbətə "kurs" olublar və ... "Neftçi" insidentə görə rəqibi günahlandırır və deyir ki, rəqibin "oxrana"ları "çaşıblar". Hə, bir də "İnter"in prezidenti Georgi Nikolov kefli olub. O qədər "vurub" ki, spirtin iyindən dayanmaq olmayıb. Buna görə də "İnter"ə texniki məğlubiyyət verilməlidir.

Həmin vaxtı stadiondan olmamışam. Bu səbəbdən də nə "razborka", nə dava, nə də Nikolovun kefli olması haqda dəqiq bir söz deyə bilmərəm. Görmədiyim hadisə haqda necə yazım? Amma "Neftçi"lilərin bütün saytları bəzəyən oxşar açıqlamalarına münasibət bildirməsəm, ürəyim partlayar.

Birinci sual. Görəsən, "Neftçi" bu gün uduzmasaydı, dava düşəcəkdi? Əlbəttə ki yox. Nədənsə dava həmişə "Neftçi" uduzanda düşür. Ya kimsə döyülür, ya kimsə piyan olur, ya da...belə "ya da"ları "N qədər" artırmaq olar. Amma bu, gündəmi dəyişmək cəhdindən başqa bir şey deyil. Yenilgiyə görə klub prezidenti qarşısında cavab vermək lazımdır axı. Lakin bu cür "kriminal" xəbərlər ortaya atıldıqdan sonra yenilgi artıq ikinci plana keçir. Yəni, bu cür olaylar kimlərəsə sərf edir.   

Texniki məğlubiyyət "tema"sının isə ümumiyyətlə dünyada analoqu yoxdu. Oxrananın "xod" getməsinə görə, prezidentin "mıxlaması"na görə texniki məğlubiyyət verilsəydi, Rusiyada gərək bütün komandaların qələbə qrafasının qarşısında "0" yazılardı. Axı, orda hamı "mıxlayır". Bir də ki, Nikolov daim əksər klub rəsmilərindən fərqli olub, inteligent adamdı. Birdən-ikidən kefli olduğunu görməmişəm. Belə də ki, məgər digər klub rəsmiləri içmirlər? Ay-hay. Klub nədi, sənin AFFA-nın rəhbərləri oyun vaxtı stadionda "vururlar". Yox, əgər Nikolovu Məhərrəmlik ayında içdiyinə görə qınayırsınızsa, mən "pas". Həqiqətən də düz etməyib. 2 ay da döz də.

İndi "İnter"in texniki məğlubiyyətini istəyənlər görəsən "Neftçi"nin "oxrana"ları Elvin Əliyevi, İbrahim Karqbonu, ya da Kamran Abdullazadəni vuranda hardaydılar? Niyə onda səslərini çıxardıb, bu ədalətsizliyə göz yumurdular? Belə çıxır ki, "Neftçi"nin "oxrana"ları kimi istəsələr döyə bilərlər, amma onların futbolçularını döymək olmaz?

Hə, onda əsasnamədə belə bənd yox idi. Unutdum, biz qayda-qanunla yaşayırıq axı. Əgər, əsasnamədə qeyd olunubsa ki, kimisə döyənə texniki məğlubiyyət veriləcək, onda özümüzü sakit aparmalıyıq. Amma əsasnamədə belə bir bənd yoxdusa, çatanı qapazlamaq olar.

Onda kuboku qaytaraq verək "Xəzər Lənkəran"a, "Neftçi"ni 2 il əvvəl qazandığı çempionluqdan məhrum edək, sonra da "İnter"ə bugünkü oyuna görə texniki məğlubiyyət verərik. Hə, "Neftçi", bu təkliflər razısan?

Məzəniz olsun, gələn dəfə uduzanda başqa bəhanə tapın. Bu artıq keçmir.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30