28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Risto Ristoviç: "Karyeram ərzində bundan da uzaq məsafələrdən qol vurmuşam" (Müsahibə)

"Bakı"nın futbolçusu Risto Ristoviç Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə bu gün "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub etdiyiniz oyun haqda fikirlərini öyrənmək istərdik.

- Oyun çox yaxşı alındı. Komandamız əla futbol sərgilədi və layiqli qələbə qazandı. Qarşılaşma həm komandam, həm də mənim üçün uğurlu alındı. Bundan sonra qarşıdakı oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.

- Səncə, bu gün "Bakı" yaxşı oynadı, yoxsa "Xəzər Lənkəran" zəif çıxış etdi?

- Yox, "Bakı" yaxşı oynadı. Hətta bugünkü çıxışımıza əla da demək olar. Kompakt şəkildə mübarizə apardıq. Amma "Xəzər Lənkəran" da yaxşı komandadır.

- Son oyunlarda "Bakı" qələbə qazana bilməsə də, bu gün meydanda tam fərqli komanda gördük. Demək olar ki, "Bakı" "Xəzər Lənkəran"la oyuna xüsusi şəkildə hazırlaşmışdı?

- Əvvəla onu deyim ki, biz son oyunlarda da yaxşı oynamışdıq. Sadəcə olaraq, bəxt bizdən üz döndərmişdi. Xal itirdiyimiz oyunlarda da üstün oynamağımıza, xeyli qol epizodu yaxalağımıza baxmayaraq, qələbə qazana bilmirdik. Bu gün isə hər şey istədiyimiz kimi alındı.

- Özün də cərimə zərbəsindən gözəl qola imza atdın...

- Təbii ki, fərqləndiyim üçün çox şadam. Gələcəkdə də fərqlənib, komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.

- Məsafə uzaq olsa da, birbaşa zərbə endirdin. Zərbədən öncə fərqlənəcəyinə inanırdın?

- Əlbəttə. Çünki karyeram ərzində bundan da uzaq məsafələrdən qol vurmuşam.

- "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın "Bakı" ilə oyundan sonra istefa verdiyindən xəbərin var?

- Yox, bu haqda məlumatsızam. Toşakın bizimlə oyundan sonra postundan getdiyini ilk dəfə sizdən eşidirəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31