20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Sumqayıt" rəhbərliyinə etiraz: "Futbolçunun maaşını kəsməzlər" (ÖZƏL)

"Sumqayıt"a gələn futbolçu bilir ki, burada yüksək qazanc yoxdur. Mənim kimi təcrübəlilər forma yığmaq, gənclər isə təcrübə qazanmaq üçün "Sumqayıt"a üz tuturlar. Mənim də "Sumqayıt"a gəlməkdə məqsədim pul qazanmaq deyildi. Çünki burada yüksək maaş yoxdu. Amma "Qarabağ" və "Neftçi"nin əsas heyətinə düşməyən futbolçular üçün burdakı maaşı normal hesab etmək olar". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri 2 gün əvvəl "Sumqayıt"la vidalaşaraq, futbolçu karyerasını bitirən Zaur Həşimov deyib.

Sonuncu klubundakı maliyyə durumu haqda danışan Həşimov maaşla bağlı "Sumqayıt"da problem olmadığını bildirib: "Əvvəl nə olduğunu bilmirəm. Mən cari mövsümdən danışa bilərəm. Məşqlərə iyulun 24-dən başlamışıq. Maaş məsələsi elədir ki, 10 aya bölünür. İlk dəfə sentyabrda maaş aldım. Bu, avqustun əməkhaqqısı idi. Sonrakı 2 ayda da eyni qaydada - oktyabrda sentyabrın, noyabrda da oktyabrın əməkhaqqısını aldıq. Gecikmələr olurdu. Amma sonradan klub prezidenti bildirdi ki, maaşlar ayın 10-dan 20-dək verilir. Yəni, bu, ayın 15-i də ola bilərdi, 20-si də, 10-u da".

Bununla belə, Zaur sonuncu ayda maaşlarını tam ala bilmədiklərini söyləyib: "Sonuncu ayda maaşımızı tam ala bilmədik. 30 faiz kəsildi. Bunu da əvvəldən bilirdik. Çünki komandanı bir müddət əvvəl bir yerə yığıb, dedilər ki sonuncu pillədən qurtulmasanız, maaşların 30 faizi tutulacaq. Futbolçular da buna razılıqlarını vermişdilər. Amma mən bu cür cəza ilə razı deyiləm. Futbolçunun maaşını kəsmək olmaz. Qoy, mükafatı kəssinlər, amma maaşı yox. Bununla belə, qərar artıq qəbul olunmuşdu və hamı kimi mən də bu qərara tabe olmalıydım". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30