20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Həşimov: "Nəyə görə əbəs yerə vaxt itirim, ya da kiminsə yerini tutum?"

"Futbolçu karyerama son qoyduğum düzdür. 2 gün əvvəl yekun qərarımı qəbul etdim". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Sumqayıt"ın üzvü Zaur Həşimov deyib.

Təcrübəli futbolçu qərarının səbəbini belə izah edib: "Düzdür, son ay yarımda zədəli idim. Amma hazırda zədəmi tam bərpa etmişəm, oynamaq üçün gücüm də var. Sadəcə olaraq düşündüm ki, artıq getmək vaxtıdır. Əslində hələ yayda, "Qarabağ"dan ayrıldıqdan sonra futbolçu karyerama son qoymağı planlaşdırırdım. Lakin o vaxt "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə danışığım oldu. Özüm Sumqayıtda böyüsəm də, heç vaxt doğma şəhərimin komandasına oynamamışam. Buna görə də təklifi qəbul etdim. Amma indi belə qərara gəldim ki, getsəm yaxşı olar. Nəyə görə əbəs yerə vaxt itirim, ya da kiminsə yerini tutum? Məşqçi kurslarına yazılacağam. Gələcəkdə karyeramı məşqçi kimi davam etdirmək istəyirəm".

Z.Həşimov qeyd etdi ki, "Sumqayıt" rəhbərliyi qərarına qarşı çıxmayıb: "Əvvəlcə baş məşqçi Aqil Məmmədovla, sonra isə klub prezidenti ilə Kamran Quliyevlə danışdım. Onlar da qərarıma hörmətlə yanaşdılar. 2 gün əvvəl məşqdən sonra komanda yoldaşlarımla görüşüb, vidalaşdım. Dünəndən məşqlərdə iştirak etmirəm". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30