18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Bakı" "Xəzər Lənkəran"la oyuna hazırdı

Sabah “Bakı” 14-cü tur çərçivəsində doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib. Saat 11:00-da yüngül qaçışla başlayan məşq müxtəlif isinmə hərəkətləri ilə davam edib. Ardından əyləncəli əltopu və qaç-tut oyunu icra olunub. Bundan sonra “kvadrat” oynayan futbolçular düzülmüş 4 maneə üzrə çarpaz qaçış hərəkətlərini yerinə yetirib. Sonda ön xətt oyunçuları baş məşqçi Milinko Pantiçin iştirakı ilə uzaq məsafədən zərbələri sınaqdan keçiriblər.

Onu da qeyd edək ki, yüngül zədəsi olan Elvin Əliyevlə, Deyvidas Çesnauskis məşqin əvvəlindən sonuna kimi meydanboyu qaçıblar. Bərpa dövrü keçən Mario Rubio yüngül fiziki çalışmalarla kifayətlənib. Zədəli olan Vadim Abdullayev, Əfran İsmayılov və Əziz Quliyev hazırlıqda iştirak etməyib.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30