19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Azərbaycanla əməkdaşlıq ənənəvi sponsorluqdan daha yüksəkdə dayanır”

“Baghlan group”un prezidenti Hafiz Məmmədovun sponsoru olduğu Madrid “Atletiko”sunun rəsmi saytında klubun Azərbaycanla əməkdaşlığına həsr olunan yazı dərc edilib. Qol.Az-ın məlumatına görə, yazıda bu əlaqələrin Azərbaycanın dünya miqyasında daha da tanınmasına yönəldiyi vurğulanıb.
Qeyd edilib ki, “Atletiko” beynəlxalq əlaqələrini gücləndirmək məqsədilə strateji plan hazırlayıb. “Məqsədimiz klubumuzun beynəlxalq səviyyədə mövqelərini gücləndirməkdir”.
“Bu istiqamətdə atılan addımlardan biri də Azərbaycanla əməkdaşlıq oldu. Bir müddət əvvəl “Atletiko” xüsusi layihə həyata keçirdi. Bu layihə çərçivəsində, Azərbaycanın dünyada daha da tanınması üçün komandamız oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma ilə çıxır. Bu əməkdaşlıq çərşivəsində Azərbaycanın adı dünyanın bütün yerlərində təbliğ olunacaq” – deyə yazıda qeyd olunur.
Bildirilib ki, hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən ən güclü ölkələrində biri olmaq üçün  yüksək potensiala malikdir. Bu zaman yazıda ölkəmizdə çoxlu neft və qaz yataqlarının olduğu vurğulanıb: “Eyni zamanda Azərbaycan iqtisadi gücünü artırmaq üçün turizm sahəsində də yüksək inkişafa nail olmaq istəyir”.
Yazıda ölkəmizin strateji biznes mərhəzi olduğu da bildirilib. “Atletiko” ilə Azərbaycan arasında əməkdaşlıq ənənəvi kommersiya sponsorluğundan daha yüksəkdə dayanır. Bu əməkdaşlığımız çox qiymətlidir. Çünki o, özündə hər iki tərəfin maraqlarını əks etdirən idman, kommersiya, kommunikasiya, marketinq və korporativ sosial məsuliyyətlə bağlı məsələləri əhatə edir”.
Yazıda Azərbaycanla imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ölkəmizdə futbolun və gənc futbolçuların inkişafı istiqamətində görülən işlərə də toxulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30