25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran": İki qələbə, bir məğlubiyyət

AFFA-nın təşkilatçılığı ilə ölkə çempionatında çıxış edən "Xəzər Lənkəran"ın nəzdindəki U-19 komandalarının çempionatında növbəti turun oyunları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın 19 yaşlılardan ibarət komandası “Sumqayıt”ı böyükhesabla məğlub edib - 7:0. “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında baş tutan görüşdə komandanın üzvü Mahsur Əhmədzadə rəqib qapısını 5 dəfə silkələyib. Digər qollar isə Fərid Əsədov və Ülvi Tağızadənin aktivinə yazılıb.
 
Azercell U-17 liqasının növbəti turunda da “Xəzər Lənkəran”ın yetirmələri qələbə ilə meydandan ayrılıblar. Komanda evdə “Qarabağ”lı həmyaşıdlarını 2:1 hesabı ilə məğlub ediblər. Yalnız Kapital Bank U-15 liqasında yeniyetmələrz məğlubiyyətlə yadda qalıblar. AZAL-a 1:2 hesabı ilə yenilən futbolçular “Xəzər Lənkəran”ın həftə ərzində üçüncü qələbəsini reallaşdıra bilməyiblər.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30