20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vidadi Rzayev: "Həmin adamlardan soruşmaq istəyirəm ki..." (Müsahibə)

"Kəpəz"in baş məşqçisi postundan ayrılan Vidadi Rzayev Futbolxeber.az saytına müsahibə verib.

- "Kəpəz"dən gedişinizə səbəb nə oldu?

- Komanda uğursuz çıxış edirdi. Həm də oyunçu qıtlığımız var idi. Ard-arda alınan yenilgilər komandaya pis təsir edirdi. Bu səbəbdən də qərar gəldim ki, klubdan gedim. Bəlkə bundan sonra "Kəpəz"in vəziyyəti düzələr.

- "Lokomotiv"lə oyundan sonra postunuzdan getmək istəsəniz də, istefanız yalnız bu gün qəbul olundu. Bu, nədən irəli gəlir?

- Mən "Lokomotiv"lə oyundan sonra istefa vermişdim. Amma, istefamı deyəsən bu gün qəbul ediblər. Hər halda, bayaq bir jurnalist zəng vuraraq, istefamın qəbul olunduğunu bildirdi.

- Deməli, klub rəhbərliyindən heç kim sizə istefanızın qəbul olunması barədə xəbər verməyib?

- Yox. Klubun prezidenti Mehman Allahverdiyevlə bu gün danışmamışam. Özümə şəxsən klubdan heç kim heç nə deməyib. Qəbul ediblərsə, Allah canlarını sağ etsin.

- Azər Məmmədovun sizin postunuzu tutduğundan xəbərdarsız?

- Hə. bildim ki mənim əvəzinə onu təyin ediblər. Azərə uğurlar arzulayıram. Komandanın içində olan adamdı, futbolçuların da bacarıqlarına bələddir.

- Vidadi Rzayevin bacarmadığını daha təcrübəsiz Azər Məmmədov bacara bilər?

- Hər bir məşqçinin öz yolu var. Ağır yükün altına giribsə, yəqin ki özünə güvənir. Mən də ona uğurlar arzu edirəm. İnanıram ki "Kəpəz"i çətin vəziyyətdən qurtara biləcək.

- Bayaq qeyd etdiniz ki, istefamda oyunçu azlığının da rolu var. Məgər, komandanı götürəndə bu heyətlə mübarizə aparacağınızı bilmirdiniz?

- Təbii ki, hansı şəraitdə çalışacağımı bilirdim. Amma işlər istədiyimiz kimi getmədi. Bununla belə, bütün futbolçulara təşəkkür edirəm. Onlar komandanın qələbə qazanması üçün əllərindən gələni edirdilər.  

- Komandada maliyyə vəziyyətinin heç də yüksək səviyyədə olmaması uğursuzluqda nə dərəcədə rol oynadı?

- Əvvəla onu qeyd edim ki futbolçulardan heç kimin maaşla bağlı problemi olmayıb. Hər kəs əmək haqqısını vaxtında alıb. Düzdür, komandamızda mükafat fondu yox idi. Amma bunun uğursuzluqda hansısa rol oynadığını düşünmürəm. Birincisi, bildiyim qədər ilə birinci divizionda çox komandada müküfat yoxdur. İkincisi də, elə oyunlar olub ki mükafat vəd olunub. Mehman müəllim oyundan əvvəl gəlib deyib ki, oyunu udun, bu qədər mükafat alacaqsınız. Amma komanda uduzub.

- Bəzi məşqçilər "Kəpəz"dəki əksər futbolçuların Premyer Liqa təcrübəsi var. Komanda bundan artığına qadirdi" deyirlər. Bu fikrə münasibətiniz?

- Həmin adamlardan soruşmaq istəyirəm ki, hansı futbolçuların Premyer Liqada təcrübəsi var? Bu uşaqlar nə vaxt Premyer Liqada oynayıblar? Çoxu, Premyer Liqa oyunlarında ehtiyatda qalıb. Təcrübəsi olan Xəyal Mustafayev idi. Gəldi və göstərdi ki Premyer Liqa təcrübəsi olan futbolçu necə çıxış edir. Ümumiyyətlə, birinci dəstədə ad rol oynamır, futbol oynamaq lazımdı.

- Mehman Allahverdiyev də uzun illər "Kəpəz"i çalışdırıb. Klub prezidenti kimi işinizə hər hansı müdaxilə etmirdi?

- Yox, belə bir şey olmayıb. Bütün səlahiyyətlə məşqçilər korpusundaydı. Mehman müəllimin başı digər işlərə qarışmışdı. O bütün günü çalışırdı ki, meydandan kənarda olan işləri həll etsin və komanda hər hansı bir problemlə qarşılaşmasın.

- "Lokomotiv"lə oyunda "Neftçi"nin gödəkçəsini geyməyiniz birmənalı qarşılanmadı. Bu məsələyə də aydınlıq gətirməyiniz istərdik.

- "Lokomotiv"lə oyunda "Neftçi"nin gödəkçəsini geyməyimi çox şişirdirlər. Mən həmin gödəkçəni kefimdən geyməmişəm. Klubdan mənə verilən formaların ölçüsü böyükdü, əynimə uyğun deyil. Nə mənim, nə də Azər Məmmədovun forması var. Oyuna gələndə "Neftçi"nin gödəkçəsində idim. Lakin meydana çıxanda uşaqlardan birinin gödəkçəsini geyindim ki, yaxşı deyil, çəkiliş olar, görərlər. Oyundan sonra da onu qaytarıb, öz gödəkçəmi geyindim. Bu məsələdə hansısa sensasiya axtarmağa dəyməz. "Neftçi"də illərlə çıxış etmişik, komandanın o qədər forması var ki məndə.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30