20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Berti Foqts: "Mənim də səhvim var"

“Talllinndə pis oynamadıq. İki səhv etdik. Ona gör də, estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik”. Apasport.az saytının Qırğızıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Milli komandamız sabah Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Almaniyalı çalışdırıcı ilin son oyunundan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: Burda olduğumuz üçün şadıq. Dostlarla qarşılaşacağıq. Futbolçular meydanda yox, meydandan kənarda da insanlara lazımdı. Burada xoş münasibət gördük. Belə oyun bizə vacibdir. Millidə həmişə ən yaxşı futbolçular oynayır. Belə matçlarda eksperimentlər aparırıq. Gələcək işlər barədə başqa söz deyə bilmərəm.”
Foqts bildirib ki, yoldaşlıq matçı olmasına rəğmən, meydana qələbə üçün çıxacaqlar: “Futbol elə oyundur ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrar etmək olmaz”.
Millimizin baş məşqçisi heyətdəki itkilərə də toxunub: “Kamran Ağayevlə Rəşad Sadıqov yaxşı futbolçulardı. Lakin onların olmamağı problem deyil. Siz jurnalistlərin sevimli futbolçuları var”.
Almaniyalı mütəxəssis “Qırğızıstandan dəvət alsanız qəbul edərsiniz” sualına bir qədər düşünərək, belə cavab verib: Bilmirəm. Burada futbol inkişaf etməyib”.
Foqts “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvanın milliyə dəvət olunma ehtimalına da toxunub: “Bu suala AFFA cavab verə bilər. Milliləşdirmək barədə sualı AFFA-ya verin. Əgər futbolçu başqa ölkənin millim komandasında oynamaq istəyirsə, FİFA-ya məlumat verilməlidir. Mən çox şey deyə bilmərəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30