25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bakı" "Lans"a uduzdu

"Bakı"nın U-15 komandasının Fransada keçirdiyi təlim-məşq toplantısı davam edir. Futbolxeber.az-ın məlumatına görə, dünən Parisə səyahət edən gənc futbolçularımız paytaxtın tarixi güşələrini gəzərək, ətraflı ekskursiya proqramı çərçivəsində Eyfel qülləsinə qalxaraq, şəhərə quş uçuşu gözü ilə baxıblar. Sena çayını qayıqla keçən futbolçular şəhər bulvarını dolaşdıqdan sonra Monmartrı ziyarət ediblər. Bir günlük paytaxt gəzintisindən sonra Lansa qayıdan futbolçular klub prezidenti Jerve Martellə görüşüblər. Cənab Martel azərbaycanlı qonaqları salamlayaraq, onlara gələcək fəaliyyətinlərində uğurlar arzulayıb. Ardından komandamız sayca ikinci yoxlama oyununa çıxıb. "Lans"lı həmyaşıdları ilə qarşı-qarşıya gələn U-15 komandası maraqlı keçən oyunda 0:4 hesabı ilə məğlub olub. U-15 komandasının təlim-məşq toplantısı daha 1 həftə davam edəcək.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30