19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ruslan Əmircanov: “Nazim Süleymanov ən yaxşı yerli məşqçilərdən biridir" (Müsahibə)

“İnter”in müdafiəçisi Ruslan Əmircanov klubun rəsmi saytına müsahibəsində “Simurq”la matç barədə danışıb, komandanın cari mövsümdəki ambisiyalarından söhbət açıb və digər suallara cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Ruslan, “Simurq”la matç kifayət qədər mürəkkəb alındı. Ancaq hər iki tərəfin cəhdlərinə baxmayaraq tamaçaşılar bu görüşdə qol görmədilər.

- Biz bilirdik ki, görüş çox ağır olacaq. Birinci dövrədə bu komandaya məğlub olmuşduq, buna görə də onlarla oyuna ikiqat səylə hazırlaşırdıq. Həmin məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. İlk hissədə “Simurq”un daha çox qol vəziyyəti oldu, lakin qapıçımız Giorgi Lomayanın inamlı oyunu qonaqlara hesabı açmağa imkan vermədi. Fasilədə məşqçimiz bəzi dəyişikliklər edildi və bundan sonra daha yaxşı oynadıq. Komanda daha inamla hərəkət etməyə başladı. Biz bir neçə təhlükəli vəziyyət yaratdıq, ancaq həmin vəziyyətlərdən yararlana bilmədik. Yekun heç-heçə bizə bir siqnal olmalıdır ki, heç bir halda rahatlaşmamalıyıq. Çempionatda zəif komanda yoxdur və hər xala layiq olmalısan.

- Milli komandanın oyunlarıyla əlaqədar oyundan dərhal sonra çempionatda fasilə yarandı. Necə düşünürsünüz, yaranmış fasilə “İnter”ə necə təsir  göstərəcək?

- Düşünürəm ki, fasilə bizə faydalı olacaq. Çempionatın ən məsuliyyətli mərhələsinə yaxınlaşmışıq və indi bizə xal toplamaq lazımdır. Fasilə çərçivəsində keçirilən məşqlərin bizə faydalı olacağını düşünürəm. Bu vəziyyət bizə “Neftçi” ilə oyuna yaxşı hazırlaşmağımıza kömək edəcək. Bir sözlə, düşünürəm ki, bu fasilənin “İnter”ə daha çox faydası olacaq.

- Qeyd etdiyiniz kimi, “İnter” növbəti tur “Neftçi” ilə qarşılaşacaq. Bu yaxınlarda komandaya yeni məşqçi-Nazim Süleymanov təyin edildi. Bizim gələcək rəqibimiz hazırda “Qarabağ”la turnir cədvəlində 1-ci yeri bölüşür. Qarşıdakı matç barədə nə deyə bilərsiniz?

- Nazim Süleymanov yerli məşqçilərin ən yaxşı nümayəndələrindən biridir. Bundan başqa, o, yaxşı futbolçu olub və bu oyunun bütün incəliklərini bilir. “Neftçi”nin nəyə qadir olduğunu bilirik. Son turda “Bakı” kimi güclü rəqiblə azlıqda oynamağa məcbur olmuşdular, lakin bu hal da onlara qələbə qazanmağa mane ola bilməmişdi. Son zamanlar “Neftçi” ilə oynumuz yaxşı alınmır. “İnter”də olduğum müddətdə bu komandayla bir heç-heçə oynamışıq, qalan oyunlardasa meydandan məğlub ayrılmışıq. Bu seriyanı dayandırmağa çalışarıq, bir də ki, doğma stadionda oynacağıq. Çox güman  ki, baş məşqçimiz bizə vacib tapşırıqlarını verəcək. Məşqçimizin bütün tapşırıqlarını yerinə yetirə bilsək, o zaman nəticə əldə edə biləcəyik.

- “İnter” hazırda turnir cədvəlində 5-ci yeri tutur. Necə düşünürsünüz, komanda daha yüksək yerlərə yüksələ biləcək?

- Bu, həm oyunçulardan, həm də məşqçilər korpusundan asılıdır. Məşqçi tapşırıqlarını verir, taktiki sxemləri seçir, ancaq onun ideyalarını reallaşdırmaq məhz futbolçulara həvalə olunur. “İnter”in yaxşı icraçıları var, kollektiv mehribandır və bu keyfiyyətlər bizə daha yüksək yerlərə ucalmağa mütləq kömək etməlidir.  Belə də, bizə yalnız meydana çıxmaq və meydanın hər sahəsi uğrunda mübarizə aparmaq qalır. Əgər mütəmadi olaraq xal toplasaq, o zaman daha yüksək yerlədən danışa bilərik. Bu, bizim məqsədimizdir və bu məqsədə doğru addımlamalıyıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30