29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bakı"dan 0:15-in gizlədilməsinə rəsmi münasibət (ÖZƏL)

Hazırda Fransada olan "Bakı"nın U-15 komandası "Lans"lı həmyaşıdlarına qarşı keçirdiyi yoxlama oyununda 0:15 hesabı ilə uduzub. Klubun rəsmi saytında tərəflər arasında matçın baş tutduğu barədə xəbər yerləşdirilsə də, oyunun nəticəsi yer almamışdı. Məsələ ilə bağlı Futbolxeber.az saytı "Bakı"nın mətbuat xidmətinin əməkdaşı İsgəndər İsgəndərova müraciət etdi. Əməkdaşımızla "Bakı" rəsmisi arasında olan dialoqu olduğu kimi təqdim edirik:

- İsgəndər bəy salam. "Bakı"nın "Lans"a 0:15 hesabı ilə uduzduğu doğrudur?

- Bəli.

- Bəs nəyə görə saytda nəticə qeyd olunmayıb?

- Hesab elədik ki uşaqlara pis təsir edər.

- Qərarı siz qəbul etdiz, yoxsa rəhbərlik belə məsləhət bildi?

- Mən belə fikirləşdim. Bir də ki bu yoldaşlıq oyunudur və nəticə önəmli deyil.

- Siz nəticəni gizlətsəz də, onsuz da ictimaiyyət bundan xəbər tutacaqdı. Bəli, nəticə önəm daşımır. Amma siz bunu etməklə uşaqları düşünsəniz də, özünüzü zərbə altına qoydunuz...

- Bu sizin fikrinizdir, mən belə düşünmürəm. Bir də ki gizlətmək deyəndə, siz nə vaxt zəng etdiz biz sizə nəticəni demədik?

- İsgəndər bəy, bu məsələ ilə bağlı biz sizə zəng vurmalı deyilik. Çünki xəbər saytda yerləşdirilirsə, nəticə mütləq qeyd olunmalıdır

- Gələn dəfə nəzərə alarıq.

 

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31