29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Con Toşak istefaya yox, qış transferlərinə hazırlaşır”

Yaxın vaxtlarda “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postunda dəyişiklik ediləcəyi barədə xəbərlər həqiqətə uyğun deyil. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov açıqlama verib.
O, komandaya qaytarılacağı deyilən Ağasəlim Mircavadovla sonuncu dəfə 3 ay öncə əlaqə saxladığını bildirib: “Bizim əvvəlki baş məşqçilərimizin hamısı ilə çox yaxşı münasibətlərimiz var. Avqustda onlarla əlaqə saxlayaraq, Ramazan bayramı münasibətilə təbrik etmişik. O cümlədən, Ağasəlim Mircavadova xoş sözlərimizi çatdırmışıq. Ağasəlim müəllimlə başqa mövzuda söhbətimiz olmayıb. Onun baş məşqçi postuna qaytarılması gündəmimizdə deyil”.
Nadirovun sözlərinə görə, “Xəzər Lənkəran”ın hazırkı baş məşqçi Con Toşakla müqaviləni pozmaq fikri yoxdur. Əksinə, uelsli mütəxəssis qış transferlərinə hazırlaşır. Bu istiqamətdə seleksiyaçı-məşqçi Mario Souza da fəallıq göstərir.
Qeyd edək ki, Con Toşak “Xəzər Lənkəran”a martın 8-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “ağ-yaşıllar” Azərbaycan Kubokunda finaladək irəliləyib və ölkə Super Kubokunu qazanıb. Lakin Topaz Premyer Liqasında 2012-2013-cü il mövsümünü 8-ci pillədə başa vuran Lənkəran təmsilçisi bu mövsüm də 13 turdan sonra elə eyni mövqedə yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31