19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

AFFA "Qəbələ"yə "yox" dedi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda “Qəbələ” İK, “Mil-Muğan” FK və məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” İK-nın U-17 komandasına “İnter" - "Qəbələ” oyununda verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

2. AFFA-nın İntizam Komitəsinin “Mil-Muğan” FK-nın futbolçusu  Hacıyev Elşən Elman oğlu barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

3. AFFA-nın İntizam Komitəsinin “Şuşa” FK-nın baş məşqçisi Nadir Qasımov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Baş məşqçi Nadiq Qasımov intizam tədbiri olaraq 5 oyunluq kənarlaşdırılsın, digər 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Nadiq Qasımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30