19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Duqlas Leyte Azərbaycanda ilkə imza atdı

IV turun “Neftçi” ilə görüşündən (0:0) sonra qapısını toxunulmaz saxlaya bilməyən “Xəzər Lənkəran” ardıcıl 9 matç idi ki, “quru” oyun keçirmirdi. Futbolxeber.az-ın məlumatına görə, bu seriyanı “Qəbələ” ilə qolsuz heç-heçə ilə qıran Con Toşakın yetirmələri avqustun 25-dəki matçdan 77 gün sonra uğursuzluğa son qoydu.

Bu matç Duqlas Leytenin “Xəzər Lənkəran” karyerasında ilk “quru” oyunu oldu. Əvvəlki matçlarda qol buraxan cənubi amerikalı legioner komandanın 11 qapıçısı arasında meydanı qol buraxmadan tərk edən 9-cu əlcək sahibidir. Braziliyalı Kamran Ağayevin rekordçu olduğu siyahıya daxil olmağı bacarıb: Kamran Ağayev - 81, Aleksandr Martyoşkin - 32, Dmitri Kramarenko - 24, Orxan Sadıqlı - 10, Milorad Koraç - 8, Antonio Doblas - 5, Denis Romanov - 3, Duqlas Leyte, Kamal Bayramov, Ramiz Kərimov - hərəyə 1 “quru” oyun. Yevgeni Kopil keçirdiyi yeganə matçda qapısında qol görüb.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30