28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Rəvan" yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt”la qarşılaşdıqdan sonra "Rəvan"ın üzvlərinə 4 günlük istirahət verilib. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Şahin Diniyevin qərarına və planına əsasən, komanda ayın 13-də bir araya gələcək.

Məşqləri bərpa etdikdən sonra isə futbolçular ardıcıl 4 gün Mərdəkandakı "Dalğa Arena”da çalışacaq. Məşqlər gündə 2 dəfə olmaqla keçiriləcək. Səhərlər baş tutacaq hazırlıq prosesi fiziki, axşam məşqləri isə taktiki-texniki yöndə olacaq.

"Rəvan" milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən maksimum istifadə edərək yoldaşlıq görüşü də keçirmək niyyətindədir. Oyun noyabrın 17-nə planlaşdırır. Amma hələ sınaqçı-rəqibin kimliyinə aydınlıq gəlməyib. Noyabrın 19-dan etibarən isə komanda sırf  "Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq. Qeyd edək ki, "Qarabağ” - "Rəvan” oyunu noyabrın 24-də keçiriləcək.

 


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31