24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin hücumçusu: "Biz AFFA rəhbərliyini sevindirdik, onlar da bizi" (Müsahibə)

"Sumqayıt"ın və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Nurlan Novruzov Futbolxeber.az saytına müsahibə verib.

- İlk olaraq "Rəvan"a qarşı keçirilən son oyun (1:1) barədə fikirlərini bilmək istərdim.

- "Rəvan"la oyuna 3 xal üçün çıxmışdıq. Lakin səfərdən 1 xalla qayıtdıq. Qısaca onu deyim ki, bu oyunda 2 xal itirdik.

- Deməli, sən də Aqil Məmmədovun fikri ilə razısan ki, həmin gün "Sumqayıt" rəqibdən daha üstün idi.

- Həqiqətən də belə idi. Həm ilk, həm də ikinci hissədə rəqibdən üstün oynadıq. Xeyli qol imkanlarımız olsa da, yararlana bilmədik. "Rəvan"ın bəxti gətirdi.

- Oyuna sonradan qoşulmağının səbəbi nə idi: baş məşqçinin qərarı belə oldu, yoxsa zədən var idi?

- Zədəylə bağlı heç bir problemim yoxdu. Eləcə də başqa hər hansı bir səbəb. Sadəcə olaraq, məşqçinin qərarı belə idi.

- 13 turdan sonra "Sumqayıt" "Rəvan"la birgə aşkar autsayderdi və axırıncı yerdə gedir. Uğursuzluğun səbəbini nədə görürsən?

- "Sumqayıt" həm gənc komandadı, həm də 2-3 futbolçudan başqa hamı təzə yığılıb. Bir az zamana ehtiyac var. İnanıram ki qarşıdakı oyunlarda vəziyyət dəyişəcək.

- Qış fasiləsinə elə də çox qalmayıb. Gələcəyinlə bağlı hansı fikirdəsən: "Bakı"ya qayıdacaqsan, yoxsa elə "Sumqayıt"da qalacaqsan?

- Hələ ki bununla bağlı fikirləşmirəm. Hazırda "Sumqayıt"dayam və bütün fikrimi bu komandanın uğur qazanmasına yönəltmişəm.

- Hazırda U-21-in düşərgəsindəsən. Makedoniyaya qarşı keçiriləcək oyunla bağlı nə deyə bilərsən?

- Makedoniya ilə Bakıda qarşılaşmışıq. Rəqib güclü olsa da, biz də zəif deyilik. Bura 3 xal üçün gəlmişik. Komandamıza çox inanıram. Ümid edirəm ki, buradan qələbə ilə ayrıla bilərik. Səfərdən vətənə qələbə ilə qayıtmağın ayrı ləzzəti var.

- Makedoniyanı Bakıda məğlub edə bilməsək də, onlar sizin səfərdə məğlub etdiyiniz Norveçə uduzublar. Bu amil komandamızı arxayınlaşdırmır ki?

- Əlbəttə ki yox. Bu futboldu. Hər şey baş verə bilər. Hamımız yaxşı dərk edirik ki qrupda zəif rəqib yoxdur.

- Komandamiz qrupdakı bütün rəqiblərə qarşı oynayıb. Yəni Portuqaliya, İsrail, Makedoniya və Norveçin gücünə bələdsiz. Necə düşünürsən, komandamızın gücü bu qrupda neçənci yeri tutmağa imkan verir?

- Məncə, qrupda 2-3-cü yerlərdən birini tutacağıq. Bizim də əsas məqsədimiz qrupda ikinci yeri tutmaqdı.

- İsraillə oyundan sonra deyilmişdi ki yenilgiyə görə cərimələnəcəksiz. Məsələ nə yerdə qaldı?

- Bizim bu yenilgini tez unutdurmağımız rəhbərliyi sevindirdi. Onlar da bizi sevindirdilər.

- Yəni İsraillə oyuna görə cərimələnmədiniz?

- Bu haqda xəbərim yoxdu. Həmin oyunda "18-lik"də yer almamışdım.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30