28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"dən fərqimiz elə bu oldu"

"Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. Belə də oldu. 90 dəqiqə ərzində meydanda gərgin mübarizə getdi". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Bakı"nın futbolçusu Əfran İsmayılov deyib.

"Neftçi" ilə oyun (1:2) haqda danışan təcrübəli yarımmüdafiəçi rəqibin güclü olduğunu qeyd edib: "Meydana yalnız qələbə üçün çıxmışdıq. Oyun ərzində də uğur qazanmaq üçün əlimizdən gələni etdik. Hətta rəqib 1 saatdan artıq azlıqda oynadı. Bununla belə, bəxt sanki bizdən üz döndərmişdi. Xeyli qol şansımız oldu, lakin yararlana bilmədik. "Neftçi"dən fərqimiz elə bunda oldu. Onlar yaxaladıqları imkanları qola çevirdilər. Biz isə şanslarımızı sağa-sola xərclədik. Rəqibin güclü olması da öz sözünü dedi".

13 turdan sonra aktivində 18 xal olan "Bakı" şərikli liderlər "Qarabağ" və "Neftçi"dən 10 xal geri qalır. Bununla belə, Ə.İsmayılov çempionluq şanslarının tükənmədiyini düşünür: "Çempionatın sonuna hələ çox var. Düzdür, hazırda dördüncü pillədəyik və liderlərdən 10 xal geri qalırıq. Amma mübarizə hələ qabaqdadır. Hər oyunun, hər xalın  böyük önəmi var. Hazırda "Neftçi"dən 10 xal geri qalırıq. Amma biz onları məğlub etsəydik, indi aramızdakı xal fərqi 4-ə bərabər olardı. Odur ki indidən kimin çempion olacağını söyləmək qeyri-mümkündür".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31