23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

U-21 millimiz artıq Makedoniyadadı

21 yaşadək futbolçulardan ibarət milli komandamız vətəni tərk edib. Futbolxeber.az-ın məlumatına görə, noyabrın 15-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Makedoniyanın qonağı olacaq Bernhard Lippertin yetirmələri bu gün səfərə çıxıb. U-21 yığmamız Makedoniya paytaxtına Bakı-İstanbul-Skopye reysi ilə üz tutub. Sabah komandamız adıçəkilən ölkədə ilk məşqinə çıxacaq.

Xatırladaq ki, noyabrın 15-də keçiriləcək Makedoniya - Azərbaycan matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Hazırda 4 oyundan sonra aktivində 4 xal olan millimiz qrupda üçüncü pillədə qərarlaşdığı halda, 2 oyundan sonra cəmi 1 xal toplayan Makedoniya yığması qrup sonuncusudur. Makedoniya tsikldəki yeganə xalını elə Bakıda qazanıb. Paytaxtımızda keçirilən oyunda hesab açılmamışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30