25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Haqqı tapdalanan futbolçu Futbolxeber.az-ın zənginə inanmadı: "Mənimlə məzələnirsiniz!"

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, bu yaxınlarda Arif Əsədov U-19-un heyətini açılayarkən əvvəlcə "Qarabağ"ın 2 futbolçusuna dəvət göndərsə də, sonradan baş katib Elxan Məmmədovun xahişinə əsasən həmin oyunçuların xidmətinə ehtiyac duymayıb. Futbolxeber.az saytı olaraq haqqı tapdalanan futbolçulardan biri - "Qarabağ"ın əvəzedici heyətinin kapitanı Nurlan Əhmədovla telefon əlaqəsi yaratdıq. İlk başda olayı inkar edən N.Əhmədov daha sonra ümumiyyətlə, onu ələ saldığımızı zənn etdi. 19 yaşlı futbolçu ilə Futbolxeber.az-ın əməkdaşı arasında olan dialoqu qısa ixtisarlarla təqdim edirik:

- Nurlan salam.

- Salam.

- Səni Futbolxeber.az saytından narahat edirik. Bir məsələyə bağlı münasibətini öyrənmək istəyirik. Olar?

- Əlbəttə, olar.

- Bir müddət əvvəl U-19-a dəvət alsan da, sonradan Arif Əsədov sənin xidmətinə ehtiyac duymayıb. Həmin vaxt baş məşqçi sənin xidmətindən imtina etməyini nə ilə əsaslandırdı?

- Belə bir şey olmayıb.

- Olmayıb? Dəqiq bilirəm axı olub.

- Mən U-19-un futbolçusu deyiləm.

- Heç vaxt U-19-a dəvət almamısan məgər? Yaşın U-19-a düşür də. Gedib, U-17də oynaya bilmərsən axı...

- 1 dəfə U-19-a dəvət almışam.  

- Nə vaxt?

- Yanvarda, seleksiya xarakterli təlim-məşq toplanışı idi.

- Ondan sonra dəvət almamısan?

- Yox.

- Nurlan, bilirəm ki belə bir hadisə baş verib. Bəlkə sənə dönə-dönə tapşırıblar ki bunu gizlədəsən

- Təklif almamışam.

- İstəyirsən Arif Əsədovun telefonda səndən nəyə görə imtina etdiyi sözləri də deyim.

- Ola bilər.

- Necə yəni ola bilər?

- Ola bilər də.

- Ola bilər deyəndə, ya "hə" de, ya da "yox". Ya boynuva al, ya da gizlət.

- E, məzələnirsən məniynən. Bilirəm, zarafat eliyirsən.

- Nə zarafat, sənə dedim axı jurnalistəm, özü də tay-tuş deyilik ki səninlə zarafat edim.

- Hə, hə mırtdaş məniynən.

- Bəlkə də dostlarınla, yoldaşlarınla aranızda belə zarafat edirsiz, amma mən sənin haqqıvı qorumağa çalışırdım. Daha özün bilərsən...

 

Futbolxeber.az-dan: Nurlanın xəbəri təkzib edəcəyini əvvəldən də bilirdik. Çünki xəbəri bizə çatdıran mənbə bunun səbəbini də izah etmişdi. Həmin səbəbi indi yazmaq fikrində deyilik. Vaxtı çatanda məsələyə yenidən qayıdacağıq.

Futbolxeber.az saytı olaraq haqqı tapdalanan futbolçunun haqqını qorumağa çalışdıq. Amma deyəsən, bu ölkənin futbolçusu da, məşqçisi də (təbii ki hamısı yox) tapşırıqla işləməyi sevir. Necə deyərlər, alan razı, satan razı.

Əvvəlcədən məsələ ilə bağlı Arif Əsədovun fikrini də öyrənmək istəyirdik. Lakin Nurlanla danışığımızdan sonra bundan vaz keçdik. Çünki haqqı tapdalanan olayı inkar edirsə, haqqı tapdalayanlar çətin ki boyunlarına alsınlar.

Elxan Məmmədova isə ümumiyyətlə zəng vurmayacağdıq. Çünki hörmətli baş katib yalnız özünə yaxın hesab etdiyi mətbuat orqanlarının zənginə cavab verir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30