29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yalnız Futbolxeber.az-da: Elxan Məmmədov millinin heyətinə "əl gəzdirdi", 2 futbolçu uzaqlaşdırıldı

Aşağı yaş qrupu üzrə milli komandalarımıza bəzi futbolçuların sifarişlə dəvət alması haqda mütəmadi olaraq eşidirik. Növbəti belə olay 19 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində baş verib. Futbolxeber.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bir müddət əvvəl (dəqiq tarix bəlli olmasa da, böyük ehtimalla olay seçmə mərhələ oyunlarından öncə baş verib) Arif Əsədov yığmanın heyətini açıqlayıb. Lakin az sonra AFFA-nın baş katibi Elxan Məmmədov heyətə "əl gəzdirmək" qərarına gəlib. Baş katibin sifarişinə əsasən 2 futbolçu heyətdən uzaqlaşdırılıb. Onların əvəzinə isə böyük ehtimalla, ölkə xaricindən futbolçular dəvət olunub.

Haqqı tapdalananların hər ikisi "Qarabağ"ın əvəzedici heyətində forma geyir. Lakin həmin oyunçulardan yalnız birinin adını dəqiqləşdirə bildik. Məlum oldu ki, Əsədovun "ehtiyac duymadığı" oyunçulardan biri Nurlan Əhmədovdu. Əhmədov Ağdam klubunun əvəzedici heyətinin kapitanıdır. 16.08.1995 doğumlu futbolçu ampulaca müdafiəçidir.

Həmin vaxt imtina etdiyi futbolçularla əlaqə saxlayan Əsədov onlara da açıq şəkildə bildirib ki, qərarı özü qəbul etməyib.

Məsələdə adıçəkilən şəxlərin münasibətini öyrənməyə çalışırıq. Tərəflər olayı inkar etsələr belə, məlumatın dəqiqliyinə zərrə qədər də şübhəmiz yoxdur. Qeyd edək ki, haqqı yeyilən 2 futbolçunun milliyə dəvət alması ilə bağlı həmin vaxt AFFA-dan "Qarabağ"ın ofisinə faks da daxil olub.

Məsələni araşdırmağa davam edəcəyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31