20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Futbolçuların maaşlarını yığıb ev, obyekt almışam”

“Sentyabrın ən yaxşı futbolçusu mükafatının gecikməsi Azərbaycan Superkubokuna hazırlıqla bağlı oldu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, sentyabrın ən yaxşı futbolçusu və qolunun, oktyabrın isə ən yaxşı qolunun müəllifi kimi azərbaycanlı futbolçulardan Əfran İsmayılovla Rauf Əliyevin layiq görülməsini sevindirici hal adlandırıb: “Mənim üçün sevindirici haldır ki, millimizin 2 oyunçusu mükafata layiq görülüblər. Sözsüz ki, “Qarabağ”ın oyunçusu Reynaldo Silva da layiqlidir. Onun sərgilədiyi və vurduğu qollar bizim çempionat üçündür. Azərbaycanlı futbolçuların millinin də oyunçuları olmaları mənim üçün ikiqat sevindiricidir. Hamımız xahiş edək ki, bu uğurlarınızı mövsümün sonunadək davam etdirəsiniz. Əfsuslar olsun ki, stadionlarımızda məhz oyunçulara görə azarkeşlər yox səviyyəsindədir. Stadionlara gələn azarkeşlərimizin həm “Əfran”a, həm də “Rauf”a görə gəlməsinə sevinərəm. Amma nə klublarımızda, nə də PFL-də marketinq işi yaxşı işləmir. Amma özünüz də nə isə edə bilərsiniz. Mən “Neftçi”də vitse-prezident kimi işlədiyim vaxt oyunçulara deyirdim ki, futbolçu ömrünün qısalığından istifadə edəin. Mən futbolçuların maaşlarını yığıb ya özlərinə ev, ya da bir obyekt almışam, açarlarını da onlara vermişəm. Onlar da bunu razılıqla qarşılayıblar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30