24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

”Xəzər Lənkəran” - ”Qəbələ”: prevyu

Bu bazar “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Lənkəranda keçirilən son oyunların statistikası ürək açmır, odur ki, komanda üçün bu qarşılaşmada uğur qazanmaq olduqca vacibdir. Matça köklənmək üçün bəzi statistik göstəricilərə nəzər salaq.

20-ci görüş

Ümumilikdə bu oyun iki komanda arasında ölkə çempionatı çərçivəsində sayca 20-ci olacaq. Buna qədər keçirilən 19 qarşılaşmada 10 dəfə "Xəzər Lənkəran" qələbə qazanıb, 4 oyun heç-heçə ilə nəticələnib, 5 oyun isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb.

“Qəbələ”yə qarşı ev oyunlarında "Xəzər Lənkəran"ın üstünlüyü bu rəqəmlərdə əksini tapır: 9 oyun - 6 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. Doğma meydanda keçirilən bu oyunlarda 17 qol vuran komanda qapısında 7 top görüb.

Oyunçular

Junior Nildo və Vanderson Skarduelli artıq tam gücləri ilə komanda ilə birlikdə məşq edirlər. Zohair Benuahi və Rasim Ramaldanov isə fərdi şəkildə məşğul olurlar.

Tarixə baxış

19.12.2009. 4 il öncə vurduğu bu qolla tribunaları ayağa qaldıran hazırkı kapitan Rahid Əmirquliyev “Xəzər Lənkəran”a “Qəbələ” üzərində qalibiyyət qazandırmışdı - 1:0.

23.09.2011. Həmin qoldan iki il sonra bu komandaların Lənkəranda keçirdiyi digər oyunda yenə də Rahid sağ cinahla sürət yığdı, amma bu dəfə topu mərkəzə ötürdü. Bu oyunda “Xəzər Lənkəran”a üç xalı Elnur Abdullayevin qolu bəxş etdi - 2:1.

 

Əlamətdar məqamlar

Ötən tur “Xəzər Lənkəran”ın heyətində yer alan Radomir Todorov ağ-yaşıl formada meydana çıxdığı matçların sayını 178-ə çatdırmaqla klub tarixində ikinci ən çox oyun keçirən futbolçu oldu. Rado yalnız 245 oyunda meydana çıxan kapitan Rahid Əmirquliyevdən geri qalır.

Bu həftə "Xəzər Lənkəran"ın futbolçularından biri ad gününü qeyd etdi. İspaniyalı Eduard Oriolun çərşənbə axşamı 26 yaşı tamam oldu.

Matç

"Xəzər Lənkəran" - "Qəbələ". 10 noyabr, 17:00, "Xəzər Lənkəran" Mərkəzi Stadionu. Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30