24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Hacıyev yenə Tsxadadzeni qabaqladı

Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq cədvəli açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycandan 4 mütəxəssis yer alıb. Ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Hacıyev 580 xalla 728-ci pillədədir. Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov 365 xalla 875-ci yerdə qərarlaşıb.

Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov (“Bakı”) da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1089-cu (164 xal) və 1344-cü (38 xal) pilləni tutub.

Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alan var. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze 316 xalla 912-ci yerdədir.

Siyahıya isə argentinalı Dieqo Simeone başçılıq edir. İspaniya “Atletiko”sunun çalışdırıcısı 14.321 xala malikdir. Madrid “Real”ının portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 14.152 xalla 2-cidir. Almaniyanın “Bavariya” klubunda çalışan Yupp Haynkes 12.899 xalla 3-cüdür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30