16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Xəzər Lənkəran"dan son xəbərlər

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində öz meydanında "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkəran" məşqlərini doğma stadionda davam etdirir. Bu haqda Futbolxeber.az saytına "Xəzər Lənkəran"ın mətbuat xidmətininn rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verdi. Klub rəsmisi zədəlilərin durumundan da danışdı: "Junior Nildo komanda ilə birgə məşq edir. Lakin hələ tam hazır deyil. Ayağıda bir qədər ağrılar var. Bununla belə, digər futbolçular birgə bəzi çalışmaları yerinə yetirir. Vanderson Skuardelli də komanda ilə birgə məşq edir. Amma Zohair Benouahi və Rasim Ramaldanov hazırda məşqlərdən kənarda qalırlar. Həkimlərimiz futbolçuların sıraya dönməsi üçün əllərindən gələni edirlər. "Qəbələ" ilə oyuna hələ 2-3 gün var. Bu səbəbdən də zədəlilərdən hansıların oyuna qədər hazır olacağını demək çətindir".

Məlum olduğu kimi, "İdman Azərbaycan" kanalı "Xəzər Lənkəran"ın şərtlərini qəbul etmədiyindən azarkeşlər Lənkəran təmsilçisinin ev oyunlarına canlı olaraq televiziya ilə tamaşa edə bilmirlər. Bu məsələdə hər hansı bir yenilik olub-olmadığı barədə sualı H.Cəbrayıloğlu belə cavablandırdı: "Yox, hər hansı bir yenilik yoxdu. Amma biz oyunların yayımını klubumuzun rəsmi saytı vasitəsi ilə təşkil edirik. Əlimizdən gələni edirik ki stadiona gələ bilməyən azarkeşlər də oyunları heç olmasa internet vasitəsi ilə izləyə bilsinlər". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30