19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

12-ci turun ən yaxşıları açıqlandı

Azərbaycan Premyer Liqasında 12-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxil olub:

Qapıçı: Saşa Stamenkoviç (Neftçi)

Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), İqor Mitreski (Neftçi), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Rəşad Sadiqov (Neftçi), Sadio Tounkara (Xəzər Lənkəran), Flavinyo (Nefçti)

Hücumçular: Nikolas Gelaşvili (Qarabağ), Rauf Əliyev (Bakı)

Topa sahib olmada və dəqiq ötürmələrin sayında paytaxtın “İnter” klubu fərqlənib - 36 dəqiqə. Hücumların sürətinə görə isə Zaqatalanın “Simurq” və Ağdamın “Qarabağ” klubları öndədir. Hücum sayına görə “Bakı” klubu ilk pillədədir. “İnter” və “Xəzər Lənkəran” rəqib qapısına hamıdan çox - 16 zərbə endirib.

“Sumqayıt” klubunun futbolçuları bu tur 6 dəfə oyundan kənar vəziyyətə düşüb. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Xəzər Lənkəran”dır.

“Qəbələ” ilə oyunda iki qol vuran və bir qol ötürməsi edən Nikolas Gelaşvili Premyer Liqada 12-ci turun ən yaxşı oyunçusudur. Onun komanda yoldaşı Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçudur. “Qəbələ”nin hücumçusu Daniel Subotiç hava mübarizələrində hamıdan uğurlu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30