20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fərhad Vəliyev milliyə qayıdışından danışdı

Azərbaycan millisinin noyabr ayında Estoniya və Qırğızıstan millilərinə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alacaq futboçuların siyahısı açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, yığmaya dəvət alanlar arasında "Qarabağ"ın qolkiperi Fərhad Vəliyev də var. 33 yaşlı qolkiper 2 ildən sonra millinin düşərgəsinə qoşulacaq. Fərhad "Qarabağ"ın rəsmi saytına verdiyi açıqlamada milliyə qayıtması haqda danışıb: "Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudur. Hər zaman ölkənin əsas komandasının formasını qorumaqdan məmnun olmuşam. 2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardır. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər heyətinin diqqətindən qaçmayıb. Çalışacam millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30