19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Bu, mənə yaxşı mənada çox təsir etdi"

“İnter” və “Rəvan” klublarının əvəzedici komandaları arasında keçirilən matçda ağır zədədən sonra "bankirlər"in üzvü Fuad Bayramov meydançaya çıxıb. Futbolxeber.az-ın məlumatına görə. təqribən yeddi ay fasilədən sonra F.Bayramov ilk dəfə olaraq oyunda iştirak edirdi. Gənc futbolçu meydana qayıtmasıyla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşdü: "Meydançaya qayıdan zaman xüsusi hisslər yaşadım. Komanda yoldaşlarım məni alqışlarla qarşıladılar və bu, mənə yaxşı mənada çox təsir etdi. Meydançaya qayıtmaq çox xoş idi. Həmin hissləri sözlə ifadə etmək çox çətindir. Bəli, anlayıram ki, hələ yaxşı oyun formasında deyiləm. Axı uzun zaman itirmişəm, ancaq itirdiklərimi qaytarmaq üçün çox çalışacağam. Fiziki olaraq tam hazıram və meydançada keçirdiyim müddət ərzində hər hansı bir narahatlıq hiss etmədim. Xoşdur ki, debüt matçımda komandaya qalib gəlmək müyəssər oldu. Bu, mənim əhval-ruhiyyəmi daha da yaxşılaşdırdı. Ümid edirəm ki, tez bir zamanda əsas komandanın da heyətində də meydançaya çıxacağam”.

Xatırladaq ki, bu yaxınlarda klub Fuad Bayramovla iki illik müddətinə müqavilə imzalamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30