20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Premyer Liqada yeni rekord

Premyer Liqada mövsümün yeni rekordu qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulub. Belə ki, azarkeşlər “Bakı” - “Simurq”, “İnter” - “Rəvan” və “Neftçi” - “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə meydan sahibləri qalib gəlib. “Sumqayıt” - AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib - 4:3. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.

Bu tur orta məhsuldarlıq 4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/09 mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10 mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.

Tur  Qol sayı

1      15

2      14

3      14

4      11

5      10

6      16

7      11

8      2

9      12

10    14

11    7

12    22

Cəmi:      148

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30