24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Simurq" Diniyevdən narazı qaldı

"Simurq" rəhbərliyi Premyer Liqanın 12-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirilən oyunun baş hakimi Ramil Diniyevin idarəçiliyindən narazı qalıb. Futbolxeber.az-ın məlumatəna görə, klubun rəsmi saytında oyundan hazırlanan reportaja "Simurq"a qələbə qazanmağa imkan vermədilər" başlığı verilib. Yazının içindəki "Simurq"un narazı qaldığı məqamları təqdim edirik:

* Biz saydığımızı sayaq, görək hakim nələr saydı.

* Oyun başlayar-başlamaz görüşün baş hakimi Ramil Diniyevin həngaməsi başladı. 18-ci dəqiqədə müdafiə xəttində buraxdığımız səhvdən sonra qapımıza penalti təyin etdi. Bundan öncə isə rəqibin meydanın mərkəzindəki sərt oyununa göz yuman referi, Əfranın dəqiq zərbəsindən sonra komandamızı yenidən meydanın mərkəzinə dəvət etdi.

* Əvvəlcə cərimə zərbəsindən sonra ev sahibinin futbolçusunun əlinə dəyən topu görməyən Diniyev, növbəti dəfə Rəşad Eyyubova qarşı cərimə meydançasında rəqibin sərt oyununu penalti ilə cəzalandırmadıqdan sonra, haqq öz yerini tapdı.

* Elvin Məmmədovun komandamızın kapitanı Ruslan Poladova qarşı sərt oyunundan sonra ikinci sarını verməyən baş hakim, ilk hissəni 1:1 hesablı heç-heçə ilə qapadı.

* Komandamız, rəqibi məğlub etmək üçün hər şeyi nəzərə alsa da, görüşün baş hakimini diqqətə ala bilməmişdi. Adi ikili top mübarizəsində belə əleyhimizə qərar verən Diniyev, bu günlük “artist”liyinin pik nöqtəsini 74-cü dəqiqədə elədi. Heç nədən növbəti penaltini qapımıza təyin etdi və Əfrana görüşdə dubl etməsinə imkan yaratdı. Bundan üç dəqiqə sonra artıq qərəzli qərarlardan bezən və oyundan düşən Zaqatala təmsilçisi qapısında üçüncü qolu gördü. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30