19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Pantiç: “Bakı”nın ən yaxşısı..."

"Çox çətin və emosional oyun oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Simurq"la oyundan sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Təcrübəli mütəxəssis Rauf Əliyev və Əfran İsmayılov haqda müsbət fikirlər səsləndirib: "Ardıcıl iki heç-heçədən sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf, Əfran bir daha əsas heyətdə oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə ilə “Neftçi” ilə oyuna hazırlaşacaq. “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki, o, verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldır. Azərbaycan gələcəkdə ondan faydalana bilər. Neyləyim, Elxanı atım əvəzedici heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət edərkən hakimlər haqqında danışmayacağımı bildirdim. Odur ki, bu haqda mənə sual verməyin”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30