25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ"da yeni təyinat reallaşdı

"Qarabağ"da yeni təyinat rəsmiləşib. Futbolxeber.az-ın məlumatına görə, uşağı yaş qruplarının koordinatoru Sebahettin Tekinlə yollarını ayrılan Ağdam klubunun rəhbərliyi bu posta Borçe Xristovu təyin edib. Makedoniyalı mütəxəssis komanda üçün yeni sima deyil. Xristov 2011-2012 mövsümündə "Qarabağ"ın əsas komandasının məşqçilər korpusunda olub. "PRO" kateqoriyaya malik mütəxəssis rəhbərliyin də iştirakıyla kluba təqdim olunub. "Qarabağ"ın əsas komandasının baş məşqçisi Qurban Qurbanov çıxışında bildirib ki, artıq aşağı yaş qrupları daha sistemli fəaliyyət göstərəcək. Aşağı yaş qruplarının çıxışlarını diqqətdə saxlayacağını bildirən çalışdırıcı bütün yaş qruplarında eyni oyun modelin tətbiq olunacağını bildirib. Xristovla 2 illik müqavilə ilmzalanıb. Makedoniyalı əvəzedici komandadan tutmuş ən aşağı yaş qrupuna qədər nəzarət edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30