26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Rəvan"ın futbolçusu: "İkisi eyni anda ilk dəfədi "başıma gəlir”

 

"Rəvan"ın futbolçusu Mindauqas Kalonas klubun saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Hazırlıq necə keçir?

- Hər şey yaxşıdır. Hazırlıqlarımız da plana uyğun keçir. Özüm də fərdi məşqlərlə tam formaya düşməyə çalışıram.

- "Turan”la oyun barədə nə düşünürsən? Fasilədən sonrakı dönüş nə ilə bağlı idi?

- Görüşün çətin keçəcəyini əvvəlcədən bilirdik. Rəqib ilk yarıda var gücü ilə bizə müqavimət göstərməyə çalışırdı. Hətta ani diqqətsizliyimizdən faydalanaraq hesabda önə keçməyə də imkan tapmışdılar. Görünür, erkən qol bəzi futbolçularımızı rahatlaşdırmışdı. Amma futbolda hesabdan asılı olmayaraq rahatlaşmaq olmaz. Bunu fasilə zamanı baş məşqçimiz də oyunçulara söylədi. Onun vaxtında etdiyi xəbərdarlıq sanki komandaya əlavə impuls verdi. Belədə ikinci hissədə xarakter göstərdik. Ən əsası isə məşqçinin bizdən tələb etdiyi şəkildə oynadıq.

- İndiyə qədər karyeranda şərəfini qoruduğun komandanın 1 hissəyə 5 qol vurduğu hal olmuşdu?

- (fikirləşir). Etiraf edim ki, yox.

- Bəs özün karyeranda hansısa görüşdə 2 qol + 2 məhsuldar ötürmə ilə yadda qalmısan?

- 2 qol vurduğum, 3-4 məhsuldar ötürmə verdiyim oyunlar olub. Ancaq ikisi eyni anda ilk dəfədi "başıma gəlir”.

- Qış fasiləsindən sonra artıq 5 qol vurmusan. Nə düşünürsən bu haqda?

- Nə deyim vallah... Mən əvvəldən qarşıma hədəf qoyduğumu demişəm. Hələ ki məqsədimə doğru irəliləyirəm.

- Mövsüm ərzində neçə qol vurmağı hədəf seçmisən?

- Əslində yalnız qol vurmaq üçün oynayan futbolçu deyiləm. Komandanın xeyirini dah çox düşünürəm. Amma qarşıma ən azı 10 top vurmağı məqsəd də qoymuşam. Nə qədər çox fərqlənsəm, komandam üçün də bir o qədər yaxşı olar.

- Əslində karyerana nəzər salanda elə də məhsuldar olmadığını görmək olar. Amma çempionatımızda 6 oyuna 5 qol vurmağı bacardın. Bu nə ilə bağlıdır?

- Dəqiq bir söz söyləmək çox çətindir. Ancaq hiss edirəm ki, fiziki formam qaydasındadır. Azərbaycanda adaptasiya ilə bağlı problem yaşamadım. Odur ki, işlərimin lap əvvəldən yaxşı alınmasına görə yalnız sevinə bilərəm. Fərdi bacarığımı da işə qoşub komandaya daha çox xeyir vermək istəyirəm. Söhbət təkcə vurulan qollardan yox, həm də məhsuldar ötürmələrdən gedir.

- Artıq hesabında 3 məhsuldar ötürmə də var. Ardı gələcək?

- Buna çox inanıram. Mövqeyim elədir ki, istənilən taktiki düzülüşdə həlledici bənd rolunu oynaya bilərəm. Qol və ya məhsuldar ötürmə, mənim üçün fərq etməz. Təki bundan komanda xeyir görsün. Bəzən məhsuldar ötürmə qoldan daha dəyərli olur. Yəni mən anında ən düzgün qərarı qəbul etməyə çalışıram.

- Baş məşqçi sənə hansı təlimatları verir: daha çox pleymeyker kimi oyun qurmağı, yoxsa hücumçuya daha yaxın oynayıb daha çox qol vurmağı?

- (gülür) Bu məşqçilərlə mənim aramda qalsa, yaxşıdır. Qoy gizli silahımız olsun. Məşqçilərin harda və necə oynamağımı istəməsindən asılı olmayaraq, özümü vəziyyətə uyğunlaşdırmağa çalışıram.

- Hansı futbolçularla oynamaq sənə daha rahatdır, aranızdakı anlaşma səviyyəsi daha yüksəkdir?

- Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də futbolçular arasında fərq qoymaq istəmirəm. Son matçımızdakı oyunçularla optimal səviyyədə anlaşma oldu. Təbii ki, fasilədən sonra.

- Qarşıda "Sumqayıt”la oyun gəlir. Daha yuxarı pillələrə yüksəlmək üçün mütləq qələbə lazımdır...

- Təbii, yalnız qələbə bizi qane edəcək. Ona görə də 3 xal qazanmaq üçün meydanda sözün əsl mənasında döyüşmək lazımdır. Heç kim bu xalları bizə hədiyyə edən deyil...

- Çempionatımızın sponsoru olan "Topaz” ötən ayın ən yaxşı futbolçusunun adına aydınlıq gətirmək üçün sorğu keçirir. Qalib olmağa əsas namizədlərdən biri də sənsən. Şansını necə dəyərləndirirsən?

- Artıq əsas namizədlərdən biri kimi göstərilməyim mənim üçün bu mərhələdə uğurdur. Axı 3-4 ay əvvəl məni yada salan yox idi... Mənə şans verdiyinə görə "Rəvan”a minnətdaram. Mükafatı qazanmaq şansıma gəlincə, qalib olsaydım, lap əla olardı. Növbəti matçlar üçün yaxşı stimul olardı. Bir də ki mükafatı qazanmaq üçün ona layiq olamlısan. Sorğuda qalib gəlsəm, növbəti aylarda daha yaxşı oynayacağıma söz verirəm (gülür).

- Bir az da Litva yığmasından danışaq. Uzun fasilədən sonra milliyə dəvət aldın və 2 oyunda iştirak etdin. Hətta Slovakiya ilə seçmə görüşdə qol ötürməsi də verdin. Ümumiyyətlə, səni yığma komandada necə qarşıladılar?

- Çox əla. Hətta deyərdim, uşaqlar bir az darıxmışdı mənim üçün. Çünki 2 il yarım bir-birimizi görməmişdik. Belə qarşılanma mənə müsbət mənada təsir etdi.

- Səncə, Litva millisinin baş məşqçisi Çaba Laslo çıxışından razı qaldı?

- Məncə, hər iki oyunda özümü yaxşı tərəfdən göstərə bildim. Hətta slovaklarla görüşdən sonra məşqçidən ünvanıma tərif eşitdim. Düşünürəm ki, millinin qarşıdakı oyunlarına da dəvət alacam. Növbəti oyunumuz yayda Yunanıstana qarşı olacaq.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30