25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" - "Qəbələ": hesabı açan...

“Qəbələ” Premyer Liqanın XII turunda “Qarabağ”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın ən çox qarşılaşdığı komandalardan biri olan Ağdam təmsilçisi ilə 26-cı duelə çıxacaq.

Əvvəlki 25 matçdan 21-i çempionat, 4-ü kuboka təsadüf edib. Ümumiyyətlə komandaların oyunlarının böyük hissəsində bərabərlik qeydə alınıb. 25 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. 4 kubok qarşılaşmasının hamısı “sülh”lə nəticələnib. “Qarabağ” 2 dəfə mərhələni səfər qolu sayəsində keçib. 

Qalibin müəyyənləşdiyi 14 qarşılaşmadan 9-da Ağdam, 5-də Qəbələ təmsilçisi 3 xala sevinib. “Qəbələ” son 6 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 4 qarşılaşmada yaşadıqları qol həsrətini və ardıcıl 3 məğlubiyyətdən ibarət uğursuz seriyanı qırmağa çalışacaq.

Əvvəlki 25 matçda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub. 4 dəfə isə oyunun taleyini 1 qol həll edib.

13-cü dəfə rəqibinin qonağı olacaq “Qəbələ” səfərdə 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar isə 8 dəfə fərqlənib.

Baş tutan bütün matçlarda ümumilikdə 49 qol vurulub. Bu isə o deməkdir ki, paytaxtdakı qarşılaşmada hesabı açacaq futbolçu duellərdə yubiley - 50-ci qolun müəllifi kimi tarixə düşəcək. İndiyədək toplardan 28-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.

“Qəbələ” - “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib. Ağdamlıların heyətində Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev, “Qəbələ”də Viktor Mendi ilə Luis Paulo Hilario rəqib qapısına 3 dəfə tol tapıb. Sonuncu 2 futbolçu indiki klubunda çıxış etdiyindən göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Arxada qalan 25 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.

2006/07. Premyer Liqa

20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

2006/07. Premyer Liqa

22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08. Premyer Liqa. 

06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52

2007/08. Premyer Liqa

13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80

2008/09. Premyer Liqa

20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 

Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

2008/09. Premyer Liqa

15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78

2009/10. Premyer Liqa

21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43

2009/10. Premyer Liqa

24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)

2010/11. Premyer Liqa

25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83

2010/11. Premyer Liqa

13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75

2011/12. Premyer Liqa

27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

2011/12. Premyer Liqa

21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

2011/12. Azərbaycan kuboku

14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Luiz Paulo Hilario, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90

2011/12. Premyer Liqa

18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16

2011/12. Azərbaycan kuboku

28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2011/12. Premyer Liqa

14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

2012/13. Premyer Liqa

31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32;, Luis Paulo Hilario, 34

2012/13. Premyer Liqa

10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)

2012/13. Azərbaycan kuboku

27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luis Paulo Hilario, 33 - Vüqar Nadirov, 56

2012/13. Azərbaycan kuboku

07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2012/13. Premyer Liqa

30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

2012/13. Premyer Liqa

28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69; 77 

2013/14. Premyer Liqa

25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30