29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələyə 3 xal üçün gedirik"

 

"Simurq"un futbolçusu Aleksandr Şemonayev Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız növbəti turda "Qəbələ"nin qonağı olacaq. Qarşıdakı oyunun hazırlığı necə gedir?

- Komandada hər şey yaxşıdı. Məşqlərimizi davam etdiririk. Hamımız səylə çalışırıq. İstəyirik ki, "Qəbələ" ilə oyunda uğur qazanaq.

- Yəqin xəbərin var ki, "Qəbələ" klubunda baş məşqçi dəyişikliyi olub. Səncə, bu amil sizin lehinizə olacaq, yoxsa əleyhinizə?

- Hə, bundan xəbərim var. Amma bu haqda dəqiq söz demək çətindir. İnanmıram ki, lehimizə olsun. Çünki "Qəbələ"nin heyətində çıxış edənlərin hamısı peşəkar futbolçulardı. Çətin ki, bu məqam onların oyununa mənfi şəkildə təsir göstərsin. Burada söhbət 1 oyundan gdir. Əgər 5-6 oyun olsaydı, hə, baş məşqçi dəyişikliyi bəlkə də komandaya pis təsir göstərərdi. Amma 1 oyunda problem yaşayacaqlarına inanmıram.

- Əvvəlki turda gözəl oyunla "Qarabağ"ı məğlub etsəniz də, sonuncu turda "Bakı"ya öz meydanınızda uduzdunuz. Bu məğlubiyyətin səbəbini nədə görürsən?

- Həmin oyunda bir qədər imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Daha da yaxşı oynaya bilərdik. Eləcə də yaxaladığımız qol imkanlarını boşa verdik. Halbuki bir qədər dəqiq oynasaydıq, 3 xal qazana bilərdik.

- Ola bilər ki, çempionatda yaranan fasilə əleyhinizə işləsin?

- Fasilə olsa da, biz bekar dayanmadıq. Gürcüstana yollanmışdıq, orada yaxşı hazırlıq keçdik, yoxlama oyununda qüvvəmizi sınadıq. Yəni, komandada hər şey yaxşı idi. Sadəcə olaraq, oyun bizim üçün bir qədər uğursuz alındı.   

- "Qəbələ" ilə oyundan nə gözləyirsən?

- Məqsədimiz ancaq qələbədir. Məşqlərdə də səylə çalışırıq. Qəbələyə 3 xal üçün gedirik. Hamımız da buna inanırıq. Rəqib güclü olsa da, sonadək mübarizə aparacağıq. İnanıram ki, istəyimizə çatacağıq.

- Son yenilgidən sonra komandanız dördüncü pilləyə düşdü. Avrokuboklara qatılmaq şansınız nə dərəcədə realdı?

- Şansımız var. Son turda uduzsaq da, "Qəbələ" ilə görüşdə uğura köklənmişik. Bizim məqsədimiz çempionatda üçüncü yeri tutub, Avroliqaya yollanmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik. "Qəbələ" ilə oyunda 3 xal qazansaq, hədəfimizə bir qədər də yaxınlaşacağıq. Təkcə "Qəbələ" ilə deyil, ümumilikdə qarşıdakı bütün oyunlarda inamlı çıxış edərək, nəticə qazanmağa səy göstərəcəyik.

- Daim "Simurq"un əsas heyətində çıxış edirsən, komandanın aparıcı futbolçuların birisən. Amma digər komanda yoldaşlarından fərqli olaraq, millinin baş məşqçisi Berti Foqts sənə dəvət göndərmir. Bunun səbəbini nədə görürsən?

- İlk növbədə deyim ki, bu sualı çoxları mənə verir. Hər kəs soruşur ki, Foqts sənə niyə dəvət göndərmir? Vallah, bunun cavabını heç özüm də bilmirəm. Mənə də qaranlıq qalır ki, Foqts niyə mənə dəvət göndərmir? Amma ruhdan düşmürəm. Məşqlərdə də səylə çalışıram, əlimdən gələni edirəm ki, yığmaya dəvət alım. Hər bir futbolçu kimi mənim də məqsədim yığmada çıxış etməkdir. İnanıram ki, gələcəkdə mən də milli komandaya dəvət alacağam.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31