19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Slavik Alxasov: "Komandada irəliləyiş hiss olunur"

Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, U-21-in düşərgəsində zədələnmiş komandanın müdafiəçisi Slavik Alxasov artıq sağalaraq sıraya dönüb. 20 yaşlı futbolçu yığmadakı çıxışı və hazırlıq prosesi barəsində klubun rəsmi saytına fikirlərini bildirib: “21 yaşadək futbolçulardan ibarət komandamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirib. Yığmamız Macarıstan klubu, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəlib. U-21-in heyətində iki görüşdə meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm. Albaniya ilə qarşılaşmada başımdan ciddi zədə aldım. İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə də başlamışam. İnşallah növbəti turda komandama kömək edərəm”.

Slavik Alxasov arxada qalan “Kəpəz”lə oyun və qarşıdakı “Rəvan”la qarşılaşma barəsində də danışıb. Futbolçumuz növbəti oyunda əsas vəzifələrinin 3 xal olduğunu da bildirib: “Kəpəz”lə oyunda komandamız kifayət qədər qol imkanı yaratdı. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə Gəncə klubunun qapıçısı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmşıq. İnşallah növbəti görüşdə “Rəvan”ı da üstələyib mövqeyimizi bir qədər də yaxşılaşdırarıq.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30