19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" hazırlıqlara ara vermədən davam edir

"Simurq" "Bakı"yla oyunun hazırlıqlarını ara vermədən davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, "Neftçi"lə oyundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət vermədi. Premyer Liqanın 12-ci turunda paytaxt təmsilçisinin qonağı olacaq komanda görüşə hazırlıqları "Şəfa" stadionunda davam etdirir.  Gündə bir dəfə olmaqla məşqə çıxan Zaqatala təmsilçisinin heyətində cəzalı futbolçuların geri qayıtması məşqçilər korpusunu sevindirən amillərdəndir. Draqan Çeran, Rəşad Eyyubov və İdan Vaitzman "Bakı"yla görüşdə forma geyinə biləcək. İlkin Qırtımov isə son dəfə oyundan kənarda qalacaq. Uzun müddətdir ki, zədə səbəbindən əziyyət çəkən Rövşən Əmiraslanov isə artıq komandayla məşqlərə başlayıb. Qeyd edək ki, "Bakı" - "Simurq" oyunu yeni ayın ilk günündə, saat 15:00-da “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək. 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30