24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Cavid İmamverdiyevin hədə-qorxu gəldiyi azarkeş Futbolxeber.az-a danışdı

"MONİTORUN ARXASINDA ŞİR OLUB, 9 NƏFƏR "XƏZƏR"LİNİN YANINDA DOVŞAN OLMAYIN!"

Cavid İmamverdiyevin "facebook" sosial şəbəkəsində hədə-qorxu gəldiyi azarkeş, Emil Nazıyev Futbolxeber.az saytına müsahibə verib.

- Emil, Cavid sosial şəbəkədə yazdığı mesajla sənə hədə-qorxu gəlib. İlk növbədə buna münasibətini bilmək istərdik.

- Mediada "onlar azarkeşdir, nə istəyirlər edə bilərlər" deyə müsahibə verib, sosial şəbəkələrdə azarkeşi hədələyən bir futbolçunu hansı klubun azarkeşi istəyər ki? O kimə güvənir? Bu azarkeş onu bu klubda görmək istəmir. Formanı çıxarıb, getsin. Münasibətim budur. Sosial şəbəkələrdə kişi olmayın, kişiliyinizi "Xəzər"lə superkubokun finalında göstərin. Monitorun arxasında şir olub, 9 nəfər "Xəzər"linin yanında dovşan olmayın. Kimdənsə çəkinmirik. Sona qədər təpkimizi qoyacağıq. Cavid və azarkeşlər arasında bilmədiyiniz çox şey var.

- Məsələn, nə?

- İndi bu haqda danışmaq istəmirəm. Vaxtı gələndə danışarıq.

- Cavid sənin özünə başqa nəsə yazıb?

- Yox, heç nə yazmayıb. Yazdığı ancaq fotodakıdı.

- Nə vaxtdan"Neftçi"yə azarkeşlik edirsən?

- Çoxdandı.

- Hansısa fanklubun üzvüsən?

- Yox, azad azarkeşəm.

- Bu vaxta qədər hansısa futbolçu və ya elə Cavidin özü ilə aranızda hansısa mübahisə olub?

- Yox. Budəfəki də təsadüfən olan işdi.

- Bu məsələyə digər azarkeşlərin münasibəti necədir?

- Mənfi. Onlar da Cavidin hərəkətini bəyənmədilər. Mən Cavidə nə söyüş, nə də təhqir yazdım. Sadəcə, adicə bir söz dedim.

- Bu məsələ ilə bağlı klub rəhbərliyinə müraciət edəcəksən?

- Yox. Mənim klub rəhbərliyi ilə heç bir işim yoxdu.

- Yaxşı, sən şikayət etmə, Cavidə heç kim "gözün üstə qaşın var" deməsin. Sonra nə olacaq?

- Bilmirəm nə olacaq.

- Belə başa düşdüm ki Cavid səni hədələdi, bununla da məsələ qapandı. Sən deyirsən ki Cavid o formanı çıxarıb, getsin. Amma klub rəhbərliyi Cavidə heç bir söz demir və həmin formanı geyməkdə davam edir...

- ...

- "Neftçi"ni növbəti oyunlarda da dəstəkləyəcəksən?

- Yox, dəstəkləməyəcəyəm. 




Ad: Vaqif Rehimov;   E-mail: ---

30.10.2013 17:20

Cavid duz-emelli oyuncu olsaydi Kiyevin dubluna lazim olardi da getdi Ukraynadan eli eteyinden uzun qayitdi indi burda kisilesir

Ad: rahim;   E-mail: ---

30.10.2013 17:19

Cavidi Neftciden qovmaq lazimdi. Onsuz da orada coxu casır
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30