19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

AFFA klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/16 final MOİK - “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan kubokunun 1/16 final “Mil-Muğan” - “Lokomotiv” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub  400 manat cərimə olunur (maddə 42.3). Oyunun 79-cu dəqiqəsində “Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub  400 manat cərimə olunur (maddə 42.3). Oyunun 88-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərovla “Mil-Muğan” klubunun 6 №-li futbolçusu Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).

Əvəzedici heyətlərin XI turunun AZAL –  “İnter” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XI turunun “Simurq” –  “Neftçi” oyunun 59-cu dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Azərbaycan I Divizionunun VII turunun “Neftçala” – “Şuşa” matçında “Şuşa” klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun VII turunun “Mil-Muğan” – “Karvan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun VII turunun “Göyəzən” – “Kəpəz” matçının 87-ci dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Nicat Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30