25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Rəvan” "İnter"lə oyunun hazırlıqlarına başladı

"Rəvan” Premyer Liqanın 11-ci turu çərçivəsində "Bakı” ilə qarşılaşdıqdan sonra komanda üzvlərinə 2 günlük istirahət verilmişdi. Futbolxeber.az-ın məlumatına görə, şənbə və bazar günü dincələn futbolçular bu gün yenidən bir araya gəlib. "Rəvan” 12-ci turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib. Bu gün "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün yetirmələrinə tapşırıqlarını verə bilib. Çünki zədəli Elvin Həsənəliyevlə Sohib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. Bügünkü çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi yetirmələrinin topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30