29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

11-ci turdan məqamlar (Statistika)

Vaqif Sadıqov üçün yubiley oyunu 

PL-nın 11-ci turu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün əlamətdar olub. Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin baş məşqçisi postunda 50-ci oyununu keçirib. Son turda paytaxt derbisində “İnter”ə 0:2 hesabı ilə uduzan AZAL-ın baş məşqçisi 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətə şahid olub. Sadıqovun rəhbərliyi altında 73 qol vuran komanda üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.  

mövsüm

turnir

o

q

h

m

t

x

2011/12

Premyer Liqa

6

2

3

1

5-3

9

2012/13

Premyer Liqa

32

16

9

7

57-32

57

2012/13

Kubok

1

0

0

1

0-1

0

2013/14

Premyer Liqa

11

4

3

4

11-15

15

Cəmi:

50

22

15

13

73-51

81

75-ci oyunlarında qol vura bilmədilər

Premyer Liqanın XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley matçlarına çıxıb. Hər iki komanda üçün arxada qalan turun matçı 75-ci olub. Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. 

Klub

oyun

qələbə

heç-heçə

məğlubiyyət

top fərqi

xallar

Rəvan (Bakı)

75

23

19

33

90

-

111

88

Sumqayıt

75

16

16

43

63

-

121

64

Şahin Diniyev “100”ə çatdı

Premyer Liqanın XI turu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Yeni klubunda ilk xalını qazanan mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan çalışdırıcı “100”ə 3-cü klubunda çatıb.

“Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların “sükanı arxasında” olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Mütəxəssis Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşüb. 

Qarabağ-Azərsun (Ağdam)

2001/02

25

13

2

10

41-34

41

Qarabağ-Azərsun (Ağdam)

2003/04

26

19

3

4

63-17

60

Gəncə

2004/05

34

11

9

14

37-37

42

Gəncə

2005/06

13

6

6

1

22-8

24

Rəvan

2013/14

2

0

1

1

1-2

1

Cəmi:

 

100

49

21

30

164-98

168

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31