20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Məşqçilər mənə söyləmişdilər ki..."

Premyer Liqanın XI turu daha bir "Qəbələ" Futbol Akademiyası yetirməsinin əsas heyətdə debüt etməsi ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmada start heyətində yer alan Elvin Camalov klub tarixinə 162-ci futbolçu kimi düşdü. 18 yaşlı debütanta qədər qırmızı-qara formanı 161 oyunçu geymişdi. Elvin “Qəbələ”nin tarixində 88-ci yerli futbolçudur. Digər 74 oyunçu isə legionerlərdir. Yarımmüdafiəçi Premyer Liqada “Qəbələ”nin şərəfini qoruyan 147-ci oyunçu oldu. "Qəbələ"-"Sumqayıt" (2:0) matçının ardından debüt barədə təəssüratlarını gabalafc.az-la bölüşən Camalov ilk oyununda həyəcan hiss etdiyini söylədi: "İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim. Bu həyacan matçın startında daha çox idi. Amma sonradan matçın tempinə uyğunlaşa bildim. Məşqçilər öncədən ilk ötürmənin çox önəmli olduğunu söyləmişdilər. Birinci ötürməm dəqiq alındı və nisbətən rahatlaşdım. Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır. Debüt oyunumda bunların hər ikisi baş verdi. Məşqçilərimizin inamını nə dərəcədə doğrultduğumu isə ən yaxşı onlar bilər. Meydançada əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonra da məşqlərdə səylə çalışacam. Hədəfim əsas heyətdə oyun praktikamı artırmaq və komandada möhkəmlənməkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30