Ölkə futbolu
Fariz Nəcəfov: “PFL bunu özü düşünməli idi” (MÜSAHİBƏ)
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “Zirə” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
- Ardıcıl 4 məğlubiyyətdən sonra komandanız bu gün ilk qələbəsini qazandı. “Zirə” üzərində qələbəni necə şərh edərdiz?
- Komandamız bu dəfə daha yaxşı oynadı. Bu oyunla komanda dirçələcək. Qələbəyə baxmayaraq, bu yenə də mənim istədiyim oyun, həmin "Qəbələ" deyil, hər 8-10 dəqiqədən bir rəqib qapısında təhlükə yaratmırıq.
- Bu qələbə psixoloji baryeri aşmağa imkan verəcək?
- Liderə qalib gəlmişik. Bəli, düşünürəm ki, bu qələbə psixoloji baryeri keçmək üçün kömək olacaq. Bu oyunla hər şey demək olar. Əslində, 5-ci turda qələbəyə hər söz bildirmək olar. Komandanın hansısa oyunda qələbə qazanacağına inanırdım. Əvvəlki matçlarda da pis oynamırdıq. Yalnız “Sabah”la oyun istisna olmaqla. Həmin görüşdə komandada yorğunluq var idi. Çünki cəmi 2 gün vaxtımız olmuşdu, yolda çox vaxt itirmişdik. Gözləyirdik ki, oyun təxirə salınsın. Amma PFL fərqli qərar qəbul etdi.
- Oyunun təxirə salınması üçün PFL-ə müraciət etmişdiz?
- Xeyr, müraciət etmək istəmədik. Onlar özləri bunu düşünməli idilər. Nəzər almalı idilər ki, bir gün yolda olmuşuq. Sanki həmin oyunda olan məğlubiyyətlərə görə komanda həmin atmosferdən çıxa bilmir. Həmin oyunlara baxaraq analiz edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Öz oyunumuzu göstərməliyik.
- Belə söhbətlər gəzirdi ki, bu oyunda məğlubiyyət Elmar Baxşıyev üçün sonuncu ola bilər...
- Xeyr, bu, mümkün deyil. Komanda liqada qalmamaq şərti ilə Elmar Baxşıyev “Qəbələ”dən getməyəcək. Elmar Baxşıyevə və futbolçularıma tam inanıram. İnanıram ki, yaxşı oyun göstərib azarkeşlərimizi sevindirəcəyik. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq kimi bir tapşırıq qoyulmayıb. 3 il ard-arda avrokuboklarda çıxış etdik. Ola bilər ki, bu mövsüm belə bir nailiyyət əldə edə bilməyək.
- Transfer pəncərəsinin bağlanmasına az qalıb. Yeni futbolçunun gəlişi gözlənilir?
- Danışıq apardığımız futbolçu var. Hücum mövqeyində çıxış edir. Yəqin ki, qarşıdakı günlərdə bu keçidi reallaşdıracağıq.
- Belə görünür ki, “Qəbələ”nin maliyyə durumunda bir dəyişiklik yoxdu...
- Ötən illərdə kmomanda tam dağıldığı bir anda sıfırdan heyət yığdıq. Futbolçularla 1 illik müqavilə imzalamağımız səbəbsiz deyil. Çünki dövlətin ayırdığı maliyyə hər dəfə bir illik olur, heç kim təminat vermir ki, bu, uzunmüddətli olacaq. Ona görə də 1 illik müqavilə bağlamalı oluruq. Əks halda gərək evimi, maşınımı satım, futbolçuların pulunu verim. Büdcə asılılığı dayanıqlı deyil.
- Keçən il akademiya ilə bağlı sponsor cəlb olunmuşdu. Bunun ardı gələcək?
- Danışıqlar gedir. Sponsorlar dostluq əlaqələrimdən yaranan bir şeydir. Hamıdan çox mən istəyirəm ki, akademiya daha da güclü olsun.
- Sabiq futbolçunuz Qismət Alıyev həmişə Qəbələdə azarkeşlərlə insident yaşayır. Bunun səbəbi nədir?
- Qismət buradan narazı ayrılmayıb. Akademiyanın ən uğurlu oyunçularından olub. Onun xətrini çox istəyirəm. Oyununu dəstəkləyirəm. Azarkeşlər bəzən ondan fair-play qaydalarına riayət etməyi istəyir. Oyunla bağlı ona heç kim heç nə deyə bilməz. Bu məsələyə şəxsən mən cavabdehəm.
İbrahim CƏFƏROV, Qəbələ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan futbolunu dildə yox, əməldə düşünmək
- 2 milyon pul alıb, oynatmağına bax...
- Adil Şükürov “Kəpəz”dən getdi
- Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olundu
- “Araz-Naxçıvan”ın qapıçısı: “Bəlkə də mən düzgün addım atmadım”
- Emin Mahmudov: “Xahiş elədi, mən də topu ona verdim, problem yoxdur”
- Vətən, Bayraq, Sakarya... - Santuşun çıxışına qısa sözardı
- Mateuş Koxalski: “Qarabağ” “Dinamo”ya lazımi qədər qol vura bilər”
- "Araz-Naxçıvan"dan fiasko: Çempionumuz yenə qrupda qaldı
- "Qızıl top"a namizədlərin siyahısı açıqlandı
- Qriqorçuk: “Onları vurmalıydıq”
- “Zirə”nin hücumçusu: “Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”
- ÇL: "Araz-Naxçıvan" yenə 7 qolla qalib gəldi
- Zaur Axundov: “Millinin heyətində meydanda 80 faiz can yandıran futbolçu görmədim”
- Möhtəşəm fürsət: ERKƏN UDUŞ
-
21:54
“Neftçi” "Qarabağ"la bacarmadı
-
19:45
Ayxan Abbasov: “Çox mühüm 3 xal qazandıq”
-
19:36
Azər Bağırov: "Hücumda və orxa xətdə problemlərimiz var"
-
18:58
“Lənkəran”dan yeni transfer
-
18:09
"Naxçıvan" baş məşqçi və üç basketbolçu ilə müqavilə müddətini uzadıb
-
17:41
"Qəbələ"dən 5 qollu qələbə VİDEO
-
17:27
“Sumqayıt”dan azarkeşlərə çağırış: “Dəstəyinə ehtiyacımız var”
-
17:13
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib
-
16:54
Güləşçilərimiz Rusiyaya yollanır
-
16:35
AFFA I Liqa klublarını cərimələdi
-
16:22
Bölgə klubuna texniki məğlubiyyət verildi
-
16:08
Böyük futbol Buzovnaya qayıtdı VİDEO
-
15:59
Tovuzda heyətlər açıqlandı
-
15:16
Həyəcan, qorxu, yoxsa paxıllıq?
-
14:49
Amerikalı basketbolçu daha 1 il Azərbaycanda qalacaq
-
14:07
Alim Nəbiyevdən 56-cı qələbə
-
13:23
"Arsenal"ın futbolçusundan tarixi göstərici
-
12:51
Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
-
12:38
"Neftçi"dən 2 transfer
-
12:15
Şuaybu "Qəbələ"nin tarixinə düşdü
-
12:00
Yeni idman saytı fəaliyyətə başladı
-
11:42
FIDE Faiq Həsənovu mükafatlandırdı
-
11:24
Millimizin üzvü: "Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim"
-
10:59
Bu klubun adı və loqosu dəyişdirildi
-
10:36
Günün oyunları - TV AFİŞA
-
10:13
I Liqada III turun oyun cədvəli açıqlandı
-
09:45
"Abşeron"da amerikalı hücumçu
-
09:07
"Qarabağ"ın rəqibi evdə xal itirdi
-
23:02
Millimiz Çexiyaya məğlub oldu
-
22:00
"Neftçi"nin Azərbaycan derbisinə hazırlığı VİDEO
-
20:46
Prezidentin bu gün təməlini qoyduğu “İmarət” stadionu necə olacaq?
-
20:18
"Lənkəran"dan iki transfer birdən
-
19:53
"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu açıqlanıb
-
19:00
Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
-
18:34
"Qəbələ" və "İmişli"dən darmadağın
-
17:49
"Sumqayıt"ın futbolçusu Asiyanın ən yaxşısı seçilə bilər
-
17:25
Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
-
17:12
Millimiz Özbəkistana uduzdu
-
16:51
“Sumqayıt”ın “Ailəvi azarkeş” aksiyasının ilk qaliblərinə hədiyyələri təqdim olundu
-
16:36
"Azərreyl" milli üzvü ilə müqavilə imzaladı
-
16:27
"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda
-
16:13
Qara Qarayev “Neftçi”dən getdi
-
15:48
ETOPAZ: Bu Oyunda Favorit Sənsən!
-
15:39
"Neftçi"dən ayrıldı, "Sumqayıt"la müqavilə imzaladı
-
14:50
Ağdamda “İmarət” stadionunun təməli qoyuldu
-
14:26
"Neftçi"dən 2 transfer birdən
-
14:14
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:45
II Liqada IV turun oyun cədvəli açıqlandı
-
13:33
"Kəpəz"in yeni portuqaliyalısı: "Mən də bu sevgini qazanmaq istəyirəm"
-
13:07
"Şəki"dən növbəti transfer