20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Pit: "Desələr oyna, oynayacağam" (Müsahibə)

Bir müddət əvvəl Con Toşakın qərarına əsasən "Xəzər Lənkəran"dan uzaqlaşdırılan, bu gündən etibarən əvəzedici heyətin məşqlərinə qoşulan Adrian Pit Futbolxeber.az saytına müsahibə verib.

- Bu gündən "Xəzər Lənkəran"ın əvəzedici heyətində məşqlərə başlamısan. Bu haqda nə deyə bilərsən?
- Hər şey normaldı. Bu gün komanda ilə ilk məşqə çıxdım. Özümü yaxşı hiss edirəm.

- Komandaya qayıdışın necə baş tutdu?
- Ofisdən mənimlə əlaqə saxladılar və bildirdilər ki, əvəzedici heyətdə məşq edə bilərəm. Mən də razılaşdım.

- Əsas heyətə qayıtmaq şansın var?
- Bu haqda heç nə deyə bilmərəm. Çünki tək mənim qəbul edə biləcəyim qərar deyil.

- Komandanın baş məşqçisi Con Toşakla görüşmüsən?
- Yox.

- Düşünmürsən ki, Toşakla danışsan, bəlkə də səni yenidən heyətə qaytarar?
- Bu, mənim işim deyil.

- Bəs, əvəzedici heyətdə ancaq məşq edəcəksən, yoxsa oyunlara da çıxacaqsan?
- Bu haqda onlar qərar qəbul edəcəklər, mən yox. Desələr oyna, oynayacağam.

- Xeyli müddətdir futboldan kənarda qalmısan. Komandayla məşqə çıxdıqdan sonra özünü necə hiss edirsən?
- Həqiqətən də 3 ay futboldan kənarda qaldım. Belə vəziyyətdə formamı qorumağım qeyri-mümkün idi. Hər nə qədər fərdi qaydada məşq etsəm də, alınmırdı. İndi bir qədər vaxta ehtiyacım var. Qısa zamanda əvvəlki formamı bərpa edib, 100 faiz hazır olacağam.

- Əvəzedici heyətdə qalmağı nə qədər düşünürsən?
- Bu suala cavab verə bilmərəm. Çünki məndən asılı olan məsələ deyil.

- Yanvara kimi vəziyyət dəyişməsə, komandanı tərk edəcəksən?
- Bu sualı mənə yox, Tuyqun Nadirova verin.

- Məgər, sənə təklif gəldi, Tuyqun Nadirov getməyinə icazə vermədi?
- İndi dəqiq bir söz deyə bilmərəm. Zaman özü hər şeyi göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30