28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Artıq çempionatı düşünməliyik"

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak bu gün keçirilən səhər məşqindən sonra klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Xəzər Lənkəran"ın Azərbaycan Superkubokunun keçirildiyi Naxçıvan Muxtar Respublikasında olduğu üç gün müddətində aldığı təəssüratdan və qarşıdakı “Qarabağ”la premyer-liqa oyununa hazırlıqdan danışıb: “İlk olaraq deyim ki, Naxçıvanda yerləşdiyimiz otel, otelin personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar. Çox təmiz havası olan Naxçıvanda hər tərəflə əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldır yadıma FİATın İtaliyada yayılması düşdü. Bundan əlavə küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə, Avropada Naxçıvan haqqında geniş məlumatları yoxdur. Hamı Bakı, Bakı deyir, amma belə bir gözəl məkanda varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı. Qarşıda isə “Qarabağ”la çox çətin bir oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Bildiyiniz kimi biz burada olmadığımız müddətdə Lənkəranda ardıcıl yağışlar yağıb. İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə Lənkərana tez-tez yağış yağdığından əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31