28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

”Xəzər Lənkəran”ın 6-cı titulu

“Xəzər Lənkəran” tarixinin 6-cı titulunu qazanıb. Futbolxeber.az-ın məlumatına görə, 2004-cü ildə yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Superkubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Superkuboka “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə sahib çıxıb. Bununla da Con Toşakın yetirmələri 883 günlük titul həsrətinə son qoyub. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun finalında “İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran “Xəzər Lənkəran” həmin vaxtdan qalib adını qazanmırdı. Komandanın baş məşqçisi Con Toşak cənub təmsilçisini titula daşıyan 3-cü çalışdırıcıdır. Uelsli mütəxəssisədək ilk 4 uğura Ağasəlim Mircavadovun rəhbərliyi altında çatan “ağ-yaşıllar” 2 il əvvəl kuboku rumıniyalı Mirça Redniklə əldə etmişdi. “Xəzər Lənkəran” 6 mükafatını 4 müxtəlif yarışda - 1 dəfə çempionat, 3 dəfə kubok, 1 dəfə Superkubok və 1 dəfə Birlik kubokunda qazanıb. Azərbaycanda ilk dəfə titul sahibi olan Toşak isə karyerasında 20-ci dəfə qalib adına yiyələnib. Bunadək o, 12 dəfə futbolçu, 3 dəfə oynayan məşqçi və 4 dəfə baş məşqçi kimi titul əldə etmişdi. Baş məşqçi kimi sayca 5-ci, ümumilikdə isə 20-ci titula “Xəzər Lənkəran”da çatan uelslinin fərqi mükafatları da yetərincədir. Futbolçu kimi Toşak 3 Uels kuboku, 3 İngiltərə çempionluğu, İngiltərə kuboku və İngiltərə Superkubokunu qazanıb. Beynəlxalq arenada isə Çempionlar kuboku, 2 UEFA kuboku və UEFA Superkubokuna sevinib. Oynayan məşqçi kimi 3 dəfə Uels kubokunu qazanan Toşak futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi komandalarına İspaniya kuboku, İspaniya Superkuboku, İspaniya çempionu və Türkiyə kubokunu qazandırmışdı. Uelsli son nailiyyətinə 15 il əvvəl “Beşiktaş”la Türkiyədə kubok qazanarkən imza atmışdı.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31